06:53 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
83 0 0

Çaxırı satıb nənəsini müalicə etdirmək istəyən oğruya polis aman vermədi

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Bu gün Xaçmaz rayonunda qəribə oğurluq hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə Xaçmaz rayon Polis İdarəsindən verilən məlumata görə, 24 yaşli Xanməhəmmədov Taleh Ömər oğlu və 18 yaşlı Quliyev Aqşin Azər oğlu öz əməlləri ilə "oğruluq tarixi"nə keçə bilərlər.

Belə ki, onlar Xaçmaz rayonu Nabran qəsəbəsində Kamilov Eynulla Camal oğluna məxsus şəxsi evdən 1 ütü, çaxır və pivə oğurlayıblar. 

İstintaq axtarış tədbirləri nəticəsində məlum olub ki, bu, onların ilk oğurluğu deyil. Onlar əvvəllər də məişət əşyalarının oğurluğu ilə məşğul olublar.

Cinayətkarları dindirən zaman nə üçün bu işi törətdiklərini soruşanda, onlar maraqli bəhanə gətiriblər.

"Nənəm ağır xəstə idi, onu müalicə etdirməyə pul lazim idi. Çaxırı satıb nənəmi müalicə etdirəcəkdim" – deyə oğrulardan biri polisə bildirib.

Hazırda sözügedən faktla bağlı araşdırma davam edir.

Əlaqədar

Oğru avtobusda elə bir vəziyyətə düşdü ki!
Oğrulara qarşı irimiqyaslı əməliyyat: 70-dən çox adam saxlanılıb
"Qanuni oğru"lar arasında böyük müharibə başlayır
Teqlər:
Xanməhəmmədov Taleh, Quliyev Aqşin, Kamilov Eynulla, Nabran qəsəbəsi, Xaçmaz rayonu

Əsas mövzular