19:21 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
134940

Bu rayonda 60-a yaxın tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Qazax rayonu Azərbaycanda ən çox heykəl olan rayon hesab edilir. Burada 60-a yaxın tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub.

Molla Vəli Vidadi və Molla Pənah Vaqifin qoşa heykəli
© Sputnik / Ilham Mustafa
Molla Vəli Vidadi (solda) və Molla Pənah Vaqifin qoşa heykəli

Qazax sakinləri rayon ərazisində heykəllərin çox olmasını bu torpaqdan xeyli sayda məşhur hərbçinin, şair və yazıçının çıxması, eyni zamanda onlara verilən dəyərlə əlaqələndirirlər. Uzun müddət mədəniyyət və turizm sahəsində çalışmış Qazax sakini Nofəl Qurbanov, rayon ərazisində 60-a yaxın heykəl, büst və barelyeflərin olduğunu deyir.

  • Mehdi Hüseynin heykəli
    Mehdi Hüseynin heykəli
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Qaratel Hacımahmudovanın xatirəsinə ucaldılmış heykəl
    Şəhid Qaratel Hacımahmudovanın xatirəsinə ucaldılmış heykəl
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin büstü
    Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin büstü
    © Sputnik / Ilham Mustafa
  • Dədə Qorqudun heykəli
    Dədə Qorqudun heykəli
    © Sputnik / Ilham Mustafa
  • Görkəmli yazıçı İsmayıl Şıxlının heykəli
    Görkəmli yazıçı İsmayıl Şıxlının heykəli
    © Sputnik / Ilham Mustafa
  • Kosmonavtika mövzusunda kompozisiya
    Kosmonavtika mövzusunda kompozisiya
    © Photo : STR
1 / 6
© Sputnik / Ilham Mustafa
Mehdi Hüseynin heykəli

"Bu abidələrin əksəriyyəti şəhərin mərkəzində yerləşən Fəxri Qazaxlılar Parkında yerləşir. Tək bu parkda dahi Azərbaycan şairləri Vaqif, Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseynin böyük heykəlləri ilə yanaşı, Qazax torpağının yetirmələri olan dünya şöhrətli şəxsiyyətlərin — ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Mill Qəhrəmanı Tahir İsayevin, Azərbaycanın xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun barelyefləri yer alır" — N. Qurbanov bildirir.

Qazax rayonunun girişi
© Sputnik / Ilham Mustafa
Qazax rayonunun girişi

Qazaxdakı heykəllərin böyük əksəriyyətinin müəllifi olan heykəltəraş Ramiz İsmi Qaya deyir ki, insanlar xüsusiliyinə, şəxsiyyətinə, şücaətinə görə abidələşdirilir: "Heykəllərin çox olma səbəbi Qazaxda bir çox ilklərə imza atmış insanların, hərbçilərin, şair və yazıçıların çox olması ilə əlaqədardır. Bu, həm də onu göstərir ki, Qazax öz şəxsiyyətlərini unutmur, onların adlarını, simalarını əbədiləşdirir, gələcək nəsillərin də onları tanımasına vəsilə olur".

Əlaqədar

Qazax rayonu ərazisindəki mövqelərimiz atəşə tutulub
Minbir dərdin dərmanı: Qazax rayonunun müalicəvi isti suyu
Prezident Qazax rayonuna səfərə gedib
Qazax-Kosalar avtomobil yolu açıldı
Dilbaz atları Qazax rayonunun simvollarından biridir
Qazaxda nə baş verir?
Teqlər:
tanınmış şəxsiyyət, Qazax rayonu, abidə, heykəl, büst, Azərbaycan

Əsas mövzular