CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən yaxşı içkilərinin siyahısı

CC0 / berryvaring / vodkaРюмки со спиртным. Архивное фото
Рюмки со спиртным. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Pivə və bitkilərdən alınan araqlar müəyyən xəstəliklərin müalicəsində bəzən əvəzolunmaz hesab edilir

BAKI, 17 apr – Sputnik. ABŞ alimləri ən faydalı, həmçinin idmanla məşğul olan adamların imtina etməsi lazım gələn içkilərin siyahısını tərtib ediblər.  

Ən faydalı içkilərin reytinqində birinci yeri adi içməli su tutur. Alimlər qeyd ediblər ki, insan orqanizmi normal fəaliyyət göstərmək üçün zəruri ölçüdə maye qəbul etməlidir. Ən yaxşısı budur ki, həmin maye orqanizmə təmiz su şəklində daxil olsun. Tədqiqatçılar qeyd edirlər ki, idmançılar üçün təmiz suyun qəbul edilməsi xüsusilə vacibdir. Mineral sular da xeyirlidir. Bu sular qana zəruri duz və mineralları daxil edir. 

Google-un Varşava bölməsi Redkroft dizayn studiyası ilə birlikdə, özünün hədiyyə bağlamalı şəxsi arağını buraxıb - Sputnik Azərbaycan
Araq içənlər üçün xüsusi xəbər

Tərkibində az miqdarda şəkər və duz olan içkilər də faydalıdır. Lakin onlardan sui-istifadə etmək düzgün deyil. Artıq birmənalı şəkildə təsdiq olunduğu kimi, belə içkilər çəki artımına səbəb olurlar. 

Xüsusilə idmanla məşğul olan gənclər arasında populyar olan kokteyllər və qatışıqlar orqanizm üçün zərərlidir. Onlar çəkinin artmasına və piy toxumalarının həcminin genişlənməsinə səbəb olurlar. Belə içkilər həmçinin dişlərə pis təsir edir və onların zədələnməsinə səbəb olur. 

Tərkibində kofein olan enerji içkiləri də ziyanlıdır. Onlar aritmiyaya səbəb olur, güclü baş ağrıları verir, hətta nevrozun əsasını qoya bilirlər. Ona görə də, ən yaxşısı, bu içkiləri ümumiyyətlə içməməkdir. 

Alimlər spirtli içkilərin məhdud şəkildə qəbuluna qarşı olmasalar da, onların hamısını bu və ya digər şəkildə zərərli hesab edirlər. Onların fikrincə, spirtli içkilər orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmağa kömək etsələr də, artıq içiləndə bir sıra daxili orqanların funksiyasına mənfi təsir göstərirlər. 

Şərab, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimal-qərb bölgəsində şərab "üsyanı"

Spirtli içkilərdən faydalılıq əmsalına görə, qırmızı şərab birinci yeri tutur. Pivə və təbii bitkilərdən alınan araqlar müəyyən xəstəliklərin müalicəsində bəzən əvəzolunmaz hesab edilir. Lakin onları həkimlərin məsləhətləri əsasında qəbul etmək lazımdır. 

Bununla belə, elm adamları hesab edirlər ki, istənilən mayeni qəbul etməzdən əvvəl onun tərkibini  araşdırmaq lazımdır. O, maye dünyanın ən faydalı içkisi olan təbii bulaq suyu olmuş olsa belə.  

Xəbər lenti
0