12:14 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
884101

600 manat pul, 5 il təcrübə və "Rent a Car" - vəssalam, şüt tamam

BAKI, 17 apr — Sputnik. "Rent a Car"ın (avtomobil icarəsi — red.) maraqlı yaranma tarixi var. Belə ki, 100 il əvvəl — 1916-ci ildə amerikalı Co Sounders sevgilsi ilə görüşə tələsən bir tanışı ilə qarşılaşır. Co tanışının görüşə gecikəcəyi ilə bağlı həyacanını görüb, avtomobilinin açarını ona verir. Sonradan Co Saunders avtomobilin icarəyə verilməsinin gəlirli sahə olduğunu düşünərək, avtomobilini icarə verməyə başlayır. İlk icarəyə verilən avtomobil isə "Ford" markalı avtomobil olur.

Mercedes S Class avtomobilinin günlük icarəsi 600 manatdır
© AFP 2020 / GEOFF ROBINS
"Mercedes S Class" avtomobilinin günlük icarəsi 600 manatdır

Avtomobillərin icarəyə verilməsi, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da inkişaf edən gəlirli sahələrdəndir. Hazırda ölkəmizdə avtomobil icarəsi ilə məşğul olan çox sayda şirkət var. Əvvəllər bu sahə gəlirli olmasa da, paytaxta tursitlərin gəlişi bu sahəni də aktivləşdirib. İndi "Rent a Car" ən gəlirli sahələrdən biri hesab edilir.

"Rent a Car" şirkətlərindən birində menecer olan Emil Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, avtomobillər 24 yaşından böyük, 1 il sürücülük təcrübəsi olan şəxslərə müqavilə əsasında icarəyə verilir: "Müqavilədə avtomobillə bağlı öhdəliklər qeyd edilir və depozit kimi 200 manat götürülür. Sonra avtomobil müştəriyə təqdim edilir".

E. Məmmədovun sözlərinə görə, ən ucuz icarəyə verilən avtomobil "KİA Rio"-dur. Bu avtomobilin bir günlük icarə haqqı 50 manatdır. Avtomobillər minimum 2 günlüyə icarəyə verilir. Avtomobili icarəyə götürən şəxs onu istənilən müddətə istifadə edə bilər. Yəni, maksimal müddət yoxdur.

Kia Rio
© AP Photo / Richard Drew
Ən ucuz başa gələn avtomobil "Kia Rio"dur – bu maşının günlük icarəsi 50 manatdır

"İcarədə olan ən bahalı avtomobil 2017-ci istehsalı olan "Mercedes S Class"-dır. Bu avtomobilin bir günlük icarə haqqı 600 manatdır. Salonda 2015-ci il buraxılışlı "Range Rover"in günlük icarə haqqı 450 manat, 2007-ci il istehsalı olan "Range Rover" 150 manat, 2010-cu il istehsalı olan "Gelandewagen" 250 manat, 2016-cı il istehsalı olan "Gelandewagen" isə 450 manata icarəyə verilir" — menecer bildirir.

Müsahibimiz avtomobil icarəsi üçün ən çox əcnəbilərin müraciət etdiklərini əlavə edir: "Xüsusən də ərəblər avtomobil kirayəyə götürürlər. Ərəblər bahalı avtomobillərə üstünlük verirlər".

Digər avtomobil icarəsi şirkətində çalışan Mansur Əhmədovun sözlərinə görə, şirkətdə hər bir müştərinin zövqünə uyğun avtomobillər var. Burada "Mazda", "Toyota", "Hyundai", "Porsche", BMW, "Mercedes" və digər avtomobillər icarəyə verilir. Qiymətlər də avtomobillərə görə dəyişir.

"Şirkətdə avtomobillər xüsusi hazırlanmış müqavilə əsasında icarəyə verilir. Depozit kimi isə icarəyə götürülən avtomobilin icarə haqqının yarısı qədər məbləğ müəyyən edilib" — həmsöhbətimiz deyir.

Əhmədov da daha çox əcnəbilərin icarəyə avtomobil götürdüyünü təsdiq edir. Amma az-az olsa da, Bakı sakinləri də icarə üçün müraciət edirlər: "Bəziləri rayonlara istirahətə gedəndə, bəziləri isə elə Bakıda gəzmək üçün avtomobil icarəyə götürür. Bir dəfə gənc oğlan müraciət etmişdi. 26 yaşı var idi. Dedi ki, qızla görüşə gedir, ona görə avtomobil icarə götürür. Əslində bizdə avtomobillər bir günlük icarəyə verilmir. Amma onun xahişini yerə salmadıq. Gəncə bir günlüyünə "Galenwagen" verdik".

Hyundai Sonata
© AFP 2020 / STAN HONDA
Hyundai Sonata

Şirkət əməkdaşı bildirir ki, avtomobil icarəsi zamanı xarici pasport, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi tələb edilir: "Avtomobil müştəriyə təmiz yuyulmuş və benzinlə dolu halda verilir və eyni halda geri götürülür. Bu, əsas şərtdir. Avtomobili götürərkən icarə haqqını öncədən də ödəmək olar. Amma çox zaman müştərilər qeyd olunan depoziti ödəyirlər".

Müsahibimizin dediyinə görə, avtomobillərin markasına uyğun olaraq müqavilə şərtləri də dəyişir. Məsələn, "Ekonom" avtomobillər üçün sürücülük təcrübəsi 1 il, "Biznes" avtomobillər üçün isə sürücülük təcrübəsi 5 il tələb olunur.

Şirkətdə "Mercedes Benz S-Class" 100-200 manat (buraxılış ilinə görə), "Mercedes Benz GL" 250 manat, "Mercedes Benz ML" 170 manat, "Mercedes Benz G" 250 manat, "Mercedes Benz C-Class" 55-60 manat, "Mercedes Benz E-Class" 60 manat, "Toyota Prado" 100-110 manat, "Toyota Camry" 85-90 manat, "Toyota Corolla" 65 manat, "Mitsubishi Pajero" 100-110 manat, "Hyundai Sonata" 70 manat, "Hyundai Accent" 50 manat, "Nissan Patrol" 100-110 manat, "Range Rover Sport" 200-250 manat, "Range Rover Vouge" 180 manata icarə verilir.

Burada "Hummer" markalı avtomobil də icarəyə verilir. Amma, bir gün üçün icarə haqqı 180-250 manat olan bu avtomobilə təlabat çox azdır.

Müsahibimiz bildirir ki, avtomobillərin bəziləri şirkət tərəfindən alınsa da, bəziləri müəyyən şəxslər tərəfindən icarəyə verilmək üçün şirkətə təqdim olunur. Şirkət avtomobilini onlara etibar edən şəxslərlə müqavilə imzalayır və müqaviləyə görə avtomobil sahiblərinə pul ödənilir.

Əlaqədar

Su qiymətinə avtomobil satılır
Qatarla avtomobil bu səbəbdən toqquşublar
Hökumətə sual: bəs bizdə gələcəyin avtomobilləri nə vaxt olacaq?
Zəncirvari qəzada avtomobil iki hissəyə parçalandı
Dünyanın ən güclü avtomobilləri yarışacaq
Məşhur şirkət minlərlə avtomobilini geri çağırdı
Teqlər:
"Galenwagen", "Mercedes S Class", avtomobil icarəsi, "Rent Car", icarə, ucuz, baha, Sputnik Azərbaycan, avtomobil

Əsas mövzular