23:53 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
126 0 0

Uçğunun baş verdiyi ərazini Bakı Şəhər İcra Hakimiyyəti istismara verib

BAKI, 15 apr — Sputnik. Xəbər verdiyimiz kimi Bakının Səbail rayon Şıx qəsəbəsində, istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. Hadisə zamanı ölən və yaralananlar olub. Xatırladaq ki, KİV qəzanın baş verdiyi ərazinin "Green City" istirahət mərkəzinə aid olduğunu bildirsə də, aidiyyatı qurumlar hadisənin adı sadalanan istirahət mərkəzinə aid olmadığını açıqlayıblar.  

Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, iki fəhlənin ölümü ilə nəticələn qəza KİV-də qeyd edildiyi kimi "Green City" istirahət mərkəzi ərazisində baş verməyib.

"Bizim əməkdaşlarımız hadisə yerində olub. Uçqunun "Green city" ilə heç bir əlaqəsi yoxdur. Hadisə Salyan yolunun 12-ci km-də, dəniz sahilindəki özəl ərazidə baş verib. Uçqun "Green City" İstirahət Mərkəzi ilə üzbəüz ərazidə olub. Rəsmi sənəddə uçğunun Şıx yaşayış massivində baş verdiyi qeyd olunub. Burada tikilməkdə olan binanın 3-cü mərtəbəsi texniki təhlükəsizlik norma və qaydalarının pozulması səbəbindən uçub. Ərazidə çalışan fəhlələrdən ikisi dünyasını dəyişib, beşi yaralanıb" — deyə İsrafil Kərimov bildirib.

Kərimovun sözlərinə görə, ərazinin kimə aid olması barədə Səbail Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Çünki həmin ərazilər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansındadır: "Şıx çimərliyi ərazisində olan bütün istirahət mərkəzləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilir." 

P.S. Sputnik Azərbaycan-ın hadisənin baş vermə səbəbləri barədə BŞİH-in mövqeyini öyrənmək cəhdləri nəticəsiz qalıb.

Əlaqədar

Bakıda uçqun: ölən və yaralananlar var
Şıx qəsəbəsində tikilən istirahət mərkəzindəki uçqunun pərdəarxası
Teqlər:
Səbail Rayon İcra Hakimiyyəti, "Green City" İstirahət Mərkəzi, Green City, Bakı Şəhər İcra Hakimiyyəti, uçqun, Şıx qəsəbəsi, Bakı

Əsas mövzular