CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Devalvasiya geyim bazarına belə təsir edib

© Sputnik / Fuad HasanovBağlanan qadın geyimlər dükanı
Bağlanan qadın geyimlər dükanı - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan sosial şəbəkələrdə devalvasiya və geyimlərimiz mövzusunda sorğu keçirib

BAKI, 15 apr — Sputnik. Devalvasiya hər sahədə olduğu kimi geyimlərin qiymətinə də təsir göstərib. Geyim dükanlarında baş verən bahalaşma əhalinin geyim tələbatına da təsirsiz ötüşməyib. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkələrdə bu mövzu ilə bağlı sorğu keçirib. Sorğuda respondentlərdən geyimlərini haradan aldıqları və bunun səbəbi soruşulub. Suallara sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif cavablar verilib. Cavabları təqdim edirik:

Bəxtiyar Hacıyev: “Geyimlərimi Binə bazarından alıram. Səbəbi isə çox sadədir. Eyni marka, eyni keyfiyyət. Mərkəzdəki əksər mağaza sahibləri dükanları üçün malları gedib Binə bazarından seçib alırlar. Sonra da brend adı ilə ikiqat qiymətə şəhərin mərkəzində satırlar”. 

Numan Ataker - Sputnik Azərbaycan
Tramp ailəsinin geyim-keçiminə türk modelyerin nəzarət etdiyi üzə çıxdı

Nigar Zeynalova: “Geyimlərimi Mall-lardan alıram. Mən gəzməyi çox sevirəm və eyni zamanda istədiyim bir çox mağaza bir məkanda olur. Yorulanda da həmin ticarət mərkəzindəki kafedə oturub dincəlirəm. Alış-verişi istirahət günü elədiyim üçün bu bir növ istirahət olur. Eyni zamanda burada plastik kartla ödəmə imkanı olur. Endirim olanda da bəzi dükanlar mesaj vasitəsi ilə müştəriyə xəbərdarlıq edirlər. Bu üstünlüklərinə görə alış-veriş üçün Mall-ları seçirəm”. 

Aynurə Pənahqızı: “Mall-lardan alıram geyimlərimi, çünki orada mallar daha keyfiyyətli olur. Baha olsa da almağa dəyər”.

Rəşad Quliyev: “Avropada “outlet”də 20 avroya aldığım brend geyim Bakıda 90 manatdır. Ona görə xaricdən alış-veriş edirəm”. 

Könül İbrahim: “Geyimlərimi Mall-lardan və 28 May metro keçidindən alıram. Yolum düşəndə isə “Sədərək”dən alış-veriş edirəm. “Sədərək”dən əsasən ev geyimləri alıram. Körpəm üçün alış-verişi də “Sədərək” bazarından elədim. Çünki qiymətlər daha münasib idi. Mall-larda uşaq paltarına yaxın getmək mümkün deyil, çox bahadır”. 

Dollar və rubl - Sputnik Azərbaycan
RUSİYA
Maliyyə Nazirliyindən devalvasiya təklifi: başqa çarə yoxdur

Günel Hacı: “Vaxt məhdudiyyətim olduğu üçün daha çox Mall-lardan geyimlərimi alıram. Amma vaxtım olsa bazarı, müxtəlif mağazaları gəzməyi çox sevirəm. Belə məkanlarda gözləmədiyin halda maraqlı nəsə qarşına çıxır. Yoxsa, çox pul xərcləyib inkubator cücələri kimi hami ilə eyni geyinib gəzmək heç də xoş deyil”.

Tünzalə Xəlilova: “Mən geyimlərimi alverçidən alıram. Dükanlardan ucuz olur. Geyimlərimi ona görə ticarətçidən alıram ki,  həmin geyimlərdən bəzən 1, bəzən də cəmi 2-3 ədəd olur. Mənim geydiyim paltardan çox adamda olanda “gözümdən düşür”. Həm mənə sərf edir. 2-3 paltar alıb bir neçə aya hissə-hissə pulunu ödəyirəm”.

Ülviyyə Cəlilzadə: “Mən geyimlərimi gedib xaricdən alıram. Çünki burada hamı eyni paltarları geyinir və bir-birinə oxşayır”. 

Sevinc Şabanova: “Çox vaxtı geyimlərimi dərziyə tikdirirəm, çünki dizaynını özüm çəkib dərziyə verirəm və istədiyim geyimi əldə edirəm”. 

Xəbər lenti
0