23:31 17 Noyabr 2017
Canlı yayım
BakuBusın sürücüsü Zakir Nəsirov

Sərnişini xilas edən sürücü: "Gördüm ki, nəfəs alması çətinləşir..."

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
38030

"İşə düzələn zaman mütləq şəkildə bizə ilkin təcili yardım kursları keçirilir. Hər 3 aydan bir belə təlimlər olur və biz hər təlimin sonunda imtahan veririk"

BAKI, 14 apr — Sputnik. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qısa bir zamanda yaransa da, nəqliyyat sektorunda xüsusi yer tutur. Dünya standartlarına cavab verən avtobuslar və qayda-qanuna riayət bu qurumu daha da fərqləndirir.

Bundan əvvəl 10-12 il ərzində müxtəlif təşkilatlarda sürücü kimi işləmiş Zakir Nəsirov, artıq 1 ildən çoxdur ki, "BakuBus"da avtobus sürücüsü kimi çalışır. Onu həm də məşhur sürücü adlandırmaq olar. Çünki Zakir Nəsirovun avtobusun salonunda halı pisləşən sərnişini xilas etməsi görüntüsü sosial şəbəkələrdə və internetdə geniş yayıılıb. "BakuBus" sürücüsü Sputnik Azərbaycan-a müsahibəsində maraqlı məqamlardan danışıb.

— "BakuBus"da sürücü işləməklə, digər təşkilatlarda sürücü işləməyin fərqi nədədir?

— "BakuBus"da nizam-intizam güclüdür. Eyni zamanda, bu avtobuslar sənişinlər üçün rahatdır. Xüsusilə də, kart sisteminin olması həm sərnişinlər, həm də sürücülər üçün rahatdır. Avtobusun ancaq dayanacaqdan-dayanacağa saxlanılması, sürücülər tərəfindən qanun-qaydalara riayət olunması digər təşkilatlardan fərqləndirir.

Sürücü Zakir Nəsirov
© Sputnik / Murad Orujov
Sürücü Zakir Nəsirov

 "BakuBus" yarananda insanlar yeni qaydalara öyrəşə bilmirdilər. Hətta sürücülərlə dava edənlər də olurdu. Az olsa da, bu gün də belə sərnişinlərə rast gəlmək mümkündür. Siz belə hallarla rastlaşmısınız? Bu zaman sərnişinlərlə necə davranırsınız?

— Belə hallarla çox qarşılaşmışam. Biz sürücülər sərnişinlərə qarşı nəzakətlə davranmağa çalışırıq. Onlara yeni qaydaları izah edirik. Hətta əvvəllər əlindəki xırda qəpiklə qapını taqqıldadıb "Saxla!" deyənlər də olurdu. Biz də sürücü kimi bu hallara əsəbləşirdik, amma səbrli olmağa məcbur idik. Hələ də belə hallarla rastlaşırıq. İşıqforda, dayanacaq olmayan yerlərdə saxlamağımızı tələb edən sərnişinlər hələ də var.

 Bir müddət öncə avtobusda hadisə baş vermişdi. Siz halı pisləşən sərnişinin həyatını xilas etmişdiniz. Bu haqda bir qədər məlumat verərdiniz.

— Mən dayanacaqdan hərəkətə başladım və bu zaman salonda bir sərnişinin halının pisləşdiyini gördüm. Dərhal avtobusu təhlükəsiz yerə çəkdim ki, digər sərnişinlər və avtobus sürücüləri üçün problem yaranmasın. Bundan sonra salona keçdim. Sərişinin nəfəs almasının çətin olduğunu görüb, onu açıq havaya çıxardım. Xəstəyə ilkin tibbi yardım göstərdim və eyni zamanda 103-ə zəng edib "təcili yardım" çağırdım. Xəstəni "təcili yardım"a təhvil verəndən sonra öz işimi davam etdirdim.

BakuBus MMC-nin avtobusları
© Sputnik / Murad Orujov
"BakuBus" MMC-nin avtobusları

 İlkin tibbi yardımı necə öyrənmisiniz?

— "BakuBus"da işə düzələn zaman mütləq şəkildə bizə ilkin təcili yardım kursları keçirilir. Hətta hər 3 aydan bir belə təlimlər olur və biz sürücülər hər təlimin sonunda imtahan veririk. Ona görə də, məhz burada ilkin tibbi yardımı öyrəndim.

 Hər gün avtobusda eyni yolu dəfələrlə getmək yorucu olmur?

— Mənim üçün işim çox maraqlıdır. İşimi sevirəm. Yollar məni yormur. Həm də digər avtobus sürücülərindən fərqli olaraq "BakuBus"da bir sürücü eyni xətlə hərəkət etmir. Hansı xətdə boş yer olursa, o xətdə avtobusu idarə edir. Yəni işə gələn sürücü ancaq bir nömrə altında hərəkət edən avtobus sürmür, lazım gəlirsə, digər xətlərə də çıxır.

 Avtobus sürücüsü işləmək üçün insanda hansı keyfiyyətlər olmalıdır?

— Sürücü birinci növbədə səbirli, diqqətcil və nəzakətli olmalıdır. Həm avtobusu, həm salonda olan sərnişinləri idarə etməlidir. Salonda sakitlik və sabitliyə də nəzarət etməlidir.

Əlaqədar

Piyadanı vurub öldürən sürücü tutulub
Tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı
Sərxoş sürücü faciəyə səbəb oldu
Qadın sürücü ağır qəza törətdi
Sərnişin tərəfindən bıçaqlanan sürücü dünyasını dəyişdi
Teqlər:
ilkin tibbi yardım, Zakir Nəsirov, qayda-qanun, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti, sərnişin, nəqliyyat, avtobus, sürücü

Əsas mövzular