CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reallıqla əlaqəni kəsənlər: həzzdən həbsxanaya aparan yol

© Photo : PUBLIC DOMAINToksikoman qız, arxiv şəkli
Toksikoman qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsveçdə uşaqların 14, Britaniyada 18, ABŞ-da isə 20 faizi toksikoman və ya dərman istifadəçisidir

BAKI, 13 apr — Sputnik. Sosioloqlar həyəcan təbili çalaraq bildirirlər ki, son zamanlar Azərbaycanda uşaqlar arasında toksikomaniyaya, psixatrop, narkotik tərkibli dərman preparatlarına meyllilik xeyli artıb. Çoxları güman edirlər ki, belə meyllilik ancaq uğursuz ailələrin övladlarında yarana bilər. Amma tədqiqatlar və statistika sübut edir ki, bu kimi pis vərdişlər sosial statusundan, yaşayış tərzindən, iqtisadi vəziyyətindən asılı olmayaraq hər bir ailədə baş verə bilər.

Əli İsgəndərov - Sputnik Azərbaycan
İDMAN
“Bu idman növü uşaqlarda özlərinə inam yaradır”

Əsas səbəb isə uşaqların baxımsızlığıdır. Uşaqların asudə vaxtının təşkil edilməməsi, nəzarətsizlik onları pis vərdişlərin qurbanına çevirir. Uşaqlara qəyyum, valideyn, himayədar, ya da onun tərbiyəsi ilə məşğul olan hansısa şəxs lazımi qayğını, diqqəti göstərə bilmədiyi təqdirdə, uşaq tüfeyli, qeyri-sağlam həyat tərzinə meyl edir. Nəticədə, özündən böyük, onu təsir altına sala biləcək şəxslərlə ünsiyyət riski ilə qarşılaşır və bəzən bu ünsiyyət onun üçün müsbət nəticələnmir. Uşağa lazım olan qayğı göstərilmədiyi zaman o, özünütəsdiqi küçədə tapmağa çalşır.

Toksikoman kimdir?

Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Pərvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, mərkəzdə hal-hazırda 183 nəfər toksikoman qeydiyyatdadır. Onlardan 12 nəfəri qadındır: "Qeyd edim ki, qeydiyyatda olanlardan 14 nəfər 18-24 yaş, 30 nəfər 25-29 yaş, 24 nəfər 30-34 yaş, 44 nəfər 35-39 yaş, 23 nəfər 40-44 yaş, 25 nəfər 45-49 yaş, 17 nəfər 50-54 yaş, 5 nəfər 55-59 yaş arasındadır. 1 nəfər 65 yaşdan yuxarı yaşdadır".

Həkim bildirir ki, yunan dilindən tərcümədə toksikoa — zəhərli, maniya — şiddətli meyl deməkdir: "Narkotik vasitələrə aid olmayan dərman vasitələri və digər maddələrin (yapışqan, benzin, boya, alışqan qazları və s.) qəbulundan asılılıq olub, xroniki intoksikasiya, psixi və fiziki asılılıq sindromları ilə xarakterizə olunur. Bizim respublikamızda toksikomanlar ən çox narkotik vasitələrin siyahısına aid olmayan dərman vasitələrindən istifadə edənlərdir. Məsələn, Triheksofenidil-tsiklodol, Baklofen, Lirika-preqabalin və s. Lakin digər kimyəvi maddələrdən də istifadə hallarına rast gəlinir".

Şöbə müdiri qeyd edir ki, azyaşlıların müalicəsi üçün onların valideynləri və ya himayədarları müraciət etməlidirlər: "Toksiki maddələrdən, əsasən hallusinogenlər seçilir. Lakin qəbul olunan dərman vasitəsinin növündən asılı olaraq təsir xüsusiyyətləri də fərqli ola bilər. Toksiki maddələr, həmçinin reallıqla əlaqənin kəsilməsinə səbəb olur. Bu da istifadəçilərin xoşuna gəldyi üçün onun davamlı istifadəçisinə çevrilirlər".

© © KarikaturaUşaq valideyn nəzarətindən çıxarsa
Uşaq valideyn nəzarətindən çıxarsa - Sputnik Azərbaycan
Uşaq valideyn nəzarətindən çıxarsa

"Bəzi dərman vasitələri (məsələn, "Triheksofenidil" hallusinogenlər) sinir sistemini stimullaşdırır, digər dərman vasitələri sinir sisteminin tormozlanmasına səbəb olur (məsələn, trankvlizatorlar). İnsanlar bu maddələri secirlər — kimə hansı lazımdırsa, onu secir. Azyaşlılar daha çox hallusinogenlərə, yaşı çox olanlar trankvlizatorlara, gənclər stimulyatorlara və s. üstünlük verirlər. Bu dərmanlar insanda asılılıq, o cümlədən fiziki asılılıq da yarada bilir" — P. Məmmədov qeyd edir.

O, sinir sistemini iflic edir

Toksiki maddələrdən asılılıq ən çox sinir sisteminin zədələnməsi ilə nəticələnir. Azyaşlıların bu cür maddələrlə uzun müddət zəhərlənməsi onlarda sinir sisteminin inkişafdan qalmasına və vaxtından əvvəl yaşlanmaya səbəb olur. Nəfəs yolu ilə qəbul olunan maddələr təbii ki, yuxarı tənəffüs yollarının zədələnməsinə və nəticədə sağalmaz xəstəliklərin yaranmasına gətirib çıxarır.

© Photo : P.Məmmədovun şəxsi arxiviRespublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov - Sputnik Azərbaycan
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov

Zəhərli maddələr ağız suyu ilə həll olduqdan sonra mədəyə daxil olur və mədə-bağırsaq xəstəliklərinin yaranması ilə nəticələnir. Toksiki maddələr qaraciyərin zədələnməsinə də səbəb olur. Həkim bildirir ki, bu halların qarşısı vaxtında alınmazsa, bir çox fəsadlara gətirib çıxara bilər.

"Toksikomaniyadan müalicə 4 istiqamətdə aparılır. Dezintaksikasiya, asılılıq əlamətlərinin götürülməsi, orqanizmdə yaranmış fəsadların aradan qaldırılması və psixoterapiya. Yaxşı olar ki, uşaq psixoloqları uzun müddət azyaşlılarla işləsinlər və bu halın yaranmasına səbəb olan sosial amillər aradan qaldırılsın" — P. Məmmədov bildirir.

Toksikomaniya şizofreniya deyil

Bir müddət əvvəl Səhiyyə Nazirliyi satışdan bu cür təsirə malik bir neçə adda dərman preparatlarını çıxardıb. Ancaq hələ də apteklərdə anrkotik tərkibli dərman preparatları satılır. Bu dərmanlardan ardıcıl və çox istifadə edildiyi zaman eyni həzzi almaq olur. Uşaqlar əsasən, tramol, tramadol, lrika kimi dərman preparatlarına üstünlük verirlər.

Sosioloq Əhməd Mansurov bildirir ki, bu dərmanları apteklərdən rahat almaq olur və bu, uşaqlar üçün ciddi bəladır: "Toksik maddələr, buna oxşar kimyəvi tərkibli bihuşedicilər, narkotik, analgetiklər, həkimlərin xüsusi resepti əsasında satılan bəzi dərmanlar çox təəssüf ki, bəzi hallarda uşaqların əlinə düşür, cəmiyyət arasında, insanlar arasında yayılır. Bunun da ciddi və çox təhlükəli fəsadları var. Ən ciddi fəsadlardan biri odur ki, toksik maddələrdən asılılıq yaradır".

Sosioloqun sözlərinə görə, uşaqlar belə dərmanlar, preparatlar barədə məlumatlıdırlar: "Xüsusilə də, tüfeyli həyat tərzi keçirən və nəzarətdən kənar, baxımsızlıqdan əziyyət çəkən uşaqlar nəzarətsiz qaldıqları, küçədə daha çox vaxt keçirdikləri üçün bu haqda məlumatlı olurlar. Hər şey uşaqların yapışqanlar, bihuşedicilərin təsirindən həzz almasından başlayır. Tərkibində bihuşedici, narkotik maddə varsa, bu zaman beyin hüceyrələri məhv edilirsə, bu, uşaqda halüsinasiyalı vəziyyət yaradır və uşaq bu haldan həzz almağa başlayır. Zaman keçdikcə bu xəstəlik halını alır və istifadəçidə asılılıq yaradır. Asılılıq çox təhlükəlidir. Çünki bu maddələr kimyəvi tərkibli maddələrdir".

"Uşaqlar çox zaman toksik və yaxud narkotik vasitələrdən qrup şəklində istifadə edirlər. Bu qruplaşmalar sonradan qrup şəklində cinayətlərə meyil edir. Oğurluq, soyuğunçuluq belə maddələrin təsiri ilə baş verir və bu maddələrdən asılılıq sonradan belə hadisələrin çoxalmasına səbəb olur. Lazım olan dozanı, həddi almaq üçün uşaqlar cinayət törədirlər. Nəticədə, uşaqlar arasında uyğunsuz davranışlara meyl yaranır" — mütəxəssis qeyd edibr.

Mansurovun dediyinə görə, ilkin başlayanlar çox zaman həblərdən istifadə edirlər: "Bu — spays, tramadol, trapindir. Bu dərmanlar halüsinasiyalara səbəb olur. Bu, kimyəvi tərkibli, dərman tərkibli narkotik-analgetiklərin birlikdə istifadə edilməsi daha çox təsirlidir və onun "lomka"sı daha ağır olur. Və belə istifadəçilər özlərini həddən artıq pis hiss edirlər. Belə xəstələrə bəzi həkimlər şizofreniya diaqnozu da qoya bilirlər. Amma bu da çıxış yolu deyil. Çünki şizofreniyanın müalicəsi çətin prosesdir".

Gələcəyimiz təhdid olunur

© Photo : Şəxsi arxivindənSosioloq Əhməd Mansurov
Sosioloq Əhməd Mansurov - Sputnik Azərbaycan
Sosioloq Əhməd Mansurov

Sosioloq hesab edir ki, uşaqların bu vasitələrdən istifadəsi pis nümunə olmaqla yanaşı, sonradan onların ineksion narkotik istifadəçilərinə çevrilməsi ilə nəticələnir: "Hazırda uşaqlarda bu cür tibbi toksikoman asılılılğı, narkotik asılılığı üzrə tibbi müalicə müəssisələri və eyni zamanda sosial vəziyyətinin düzəldilməsi üçün xüsusi adaptasiya mərkəzləri yoxdur".

Bu problemin qarşısını almaq isə ilk növbədə valideynlərin üzərinə düşür. Mütəxəssislərə görə, hər bir valideyn öz məsuliyyətini dərk edə bilərsə, bu zaman uşaqlarda özünə inamsızlıq, küçə həyat tərzinə məruz qalma və s. bu kimi problemlər yaranmaz. Yəni, əgər bu gün hər hansı bir uşaq dərman istifadəçisi və ya toksikomandırsa, bunun günahkarı ilk növbədə valideynlərdir".

"Vətəndaş cəmiyyətinin də üzərinə bu məsələdə böyük yük düşür. Belə uşaqlarla maarifləndirmə, müalicə və s. bu kimi işlər həyata keçirilməlidir. Yoxsa, bu gün ölkədə az olduğu üçün nəzərə alınmayan toksikoman və dərman istifadəçiləri gələcək üçün böyük təhlükəyə çevrilə bilər" — Mansurov vurğulayır.

Qeyd edək ki, Danimarkada uşaqların 7, Finlandiyada 5, Polşada 11, İsveçdə 14, İtaliyada 9, Fransada 6, Yunanıstanda 8, ABŞ-da 20, İngiltərədə 18 faizi toksikoman və ya dərman istifadəçisidir…

Xəbər lenti
0