08:11 25 Sentyabr 2017
Canlı yayım
Aşıralılar kəndi

Azərbaycanda qorxulu dərə: orada insanlara əzab verilir

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
481340

Ölüm saçan işıq dirəkləri kənd sakinlərinin kabusuna çevrilib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 14 apr — Sputnik. Tovuz rayonunun Qəribli sovetliyində yerləşən kəndlərdən biri Aşıralılar kəndidir. Bu kəndin sakinləri neçə illərdir ki, elektrik enerjisinin intensiv kəsilməsindən əziyyət çəkirlər.

Belə ki, küləkli havalarda kənddə işıq kəsilir və bu proses günlərlə davam edir. Problemin səbəbi, 50 ildən artıqdır quraşdırılan taxta işıq dirəklərinin çürüməsi, xətlərin sallanması, nəticədə yağış və külək əsdiyi zaman bir-birinə dəyərək qısa qapanma verməsi ilə bağlıdır.

Çürümüş taxta işıq dirəyi
© Sputnik / İlham Mustafa
Çürümüş taxta işıq dirəyi

Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, hazırki elektrik xətləri 1961-ci ildə çəkilib və o gündən bu günə bir dəfə də olsun əsaslı təmir olunmayıb. Hətta iş o yerə çatıb ki, çürüyüb yıxılan dirəklərin yerinə sakinlər ağac dirəklər basdıraraq xətləri ona bağlayıblar.

Kənd sakini Qəfirə Qasımovanın sözlərinə görə, artıq camaatın elektrik təminatına ümidi qalmayıb: "Kənddə çox adam evinə generator quraşdırıb. Bizimki yaşayış deyil. Qorxumuzdan külək əsəndə xətlərin altı ilə getmirik ki, bu saat başımıza düşəcək".

"Kasıb kənddir. Pensiya alanda 3-4 kilo ət, 2-3 cücə alıb qoyuruq soyuducuya ki, bizi bir ay görsün. Adi bir külək olan kimi 2-3 gün işıqlar sönür. Onda da məcbur oluruq, bir aylıq azuqəni 2 günə bişirək ki, xarab olmasın" — Q. Qasımova bildirir.

Digər sakin Adilə Məmmədova isə deyir ki, bu yaxınlarda elektrik naqillərinin yerə düşməsi nəticəsində iki baş qoyunu tələf olub. "Kənddə neçə dəfə xətt qırılaraq evlərin üstünə, yollara düşüb. Axırınca dəfə qoyunlar otlaya-otlaya gedərkən yola düşən elektrik naqilinə ilişib və onları "tok" vurub. Allah saxlayıb, qoyunları otaran uşaq yaxın getməyib. Yoxsa onu da vurarmış".

Çürüyüb yıxılan dirəklərin yerinə sakinlər ağac dirəkləri basdırıb
© Sputnik / İlham Mustafa
Çürüyüb yıxılan dirəklərin yerinə sakinlər ağac dirəkləri basdırıb

Həmsöhbət olduğumuz başqa bir sakin — Sabir Cəfərov səslərinə səs verən olamdığından şikayət edir: "Yaşadığımız bu kənddən bir Allahın xəbəri var. Bir dərədə unudulmuş vəziyyətdəyik. Elə olur, 10 günlərlə işıqsız qalırıq. Yıxılan dirəklərin yerinə özümüz ağacdan dirək düzəldib basdırırıq ki, caamatı "tok" vurmasın".

"Bircə dəfə yağış yağdı, külək əsdisə, kənddə həyat dayanır. 1992-ci ildən təbii qaz üzünə həsrətik, heç olmasa işığımız normal olaydı" — S. Cəfərov vurğulayır.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Tovuz Rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. İdarə rəisi Hüsaməddin Mirzəyev may ayından başlayaraq ərazidə yenidənqurma və təmir işlərinə start veriləcəyini və kəndin bu probleminin həll ounacağını bildirdi.

Əlaqədar

"Mallarımız Sibirə kimi gedib çatır" — Hamının eyni sənətlə məşğul olduğu kənd
Həyətinə mərmi düşmüş sakin: "Heç vaxt kənddən çıxmamışıq, çünki ordumuza güvənirik"
Erməni silahlı qüvvələri kəndimizi atəşə tutublar
Didərginlərdən təşkil olunan kənd
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Əgər kəndli torpağını becərə bilmirsə...
Bu kəndin mal-qarasına vəhşi heyvanlar da yaxın düşə bilmir
Oğuzun bu kəndində şagirdlər məktəbə getməkdən imtina edirlər
Teqlər:
elektrik xətləri, dirək, Aşıralılar kəndi, Qəribli sovetliyi, Tovuz rayonu, xətt, elektrik enerjisi, sakin, Azərbaycan, külək, yağış

Əsas mövzular