22:34 25 Aprel 2017
Canlı yayım
İlan

İlanlar orta məktəbə daraşıb: 130 şagirdin həyatı təhlükədə

© Sputnik / Valery Melnikov
CƏMİYYƏT
Qısa URL
918 0 0

Direktor: "Həm şagirdlər, həm də müəllimlər təhlükə qarşısındadırlar. Rəsmi qurumlardan kömək gözləyirik"

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 apr — Sputnik. Qəbələ rayonunun Mamaylı kənd məktəbində 130-a qədər şagird təhsil alır, 10 sinif fəaliyyət göstərir. Həmin 130 şagird isə qorxu altında təhsil alırlar. Belə ki, məktəblilər hər an pəncərədən, bacalardan düşən, döşəmə taxtalarının arasından sivişib çıxan zəhərli ilanlarla qarşılaşmaq təhlükəsi ilə üz-üzədirlər.

Məktəbin yanındakı, 1990-cı illərdən qalmış yarımçıq tikili hazırda ilanların məskəninə çevrilib. Tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.

Bu problem üzündən sinif otaqlarının pəncərəsini açıb, havanı dəyişmək müşkülə çevrilib. Xüsusilə isti aylarda, nə qədər qızmar günlər olur olsun, pəncərələri açmaq qadağandır.

  • Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    © Sputnik / Ilham Ahmadov
  • Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    © Sputnik / Ilham Ahmadov/
  • Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    © Sputnik / Ilham Ahmadov/
  • Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
    © Sputnik / Ilham Ahmadov/
  • Qəbələnin Mamaylı kənd məktəbinin sinif otağı
    Qəbələnin Mamaylı kənd məktəbinin sinif otağı
    © Sputnik / Ilham Ahmadov/
  • Qəbələnin Mamaylı kənd məktəbi
    Qəbələnin Mamaylı kənd məktəbi
    © Sputnik / Ilham Ahmadov/
1 / 6
© Sputnik / Ilham Ahmadov
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar

Məktəbin direktoru Ramazan Ədilov Sputnik Azərbaycan-a açıqlamasında faktın gerçəkliyini təsdiq etdi. O bildirdi ki, ilanların çoxalmasının səbəbi, məktəbin 1990-ci illərdən qalmış yarımçıq tikilidə yerləşməsi ilə bağlıdır.

"Burada ilanların sayı xeyli artıb. Həm şagirdlər, həm də müəllimlər təhlükə qarşısındadırlar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik, oradan gəlib ərazini dərmanladılar. Amma vəziyyət dəyişmədi" — R. Ədilov deyib.

Onun sözlərinə görə, ilanları yox etmək üçün bina ya sökülməli, ya da əsaslı təmir olunmalıdır: "Hələlik ilan sancması faktı olmasa da, ancaq hər an təhlükə ilə üz-üzəyik. Binanı vaxtilə kolxozun tikinti təşkilatı tikib. İndi həmin müəssisə yoxdur. Odur ki, aidiyyəti təşkilatlardan kömək istəyirik".

Əlaqədar

Yenə məktəbli avtobusu, yenə qəza
"14 yaşlı qızını məktəbə buraxmır ki, ailə quracaq"
Məktəbə "ayaq döymək" dövrü bitir
Təyyarədə ilan şoku
İlan-qurbağa gölündə çörək axtaranlar
İlanlar xərçəng xəstəliyini müalicə edir
Teqlər:
Ramazan Ədilov, Mamaylı kəndi, Qəbələ rayonu, yarımçıq tikili, şagird, bina, məktəb, ilan

Əsas mövzular