CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Hacı Cavad” məscidi tarixi abidə deyil"

© Sputnik / Murad OrujovСитуация возле мечети Гаджи Джавада в Баку
Ситуация возле мечети Гаджи Джавада в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Şıxməmmədov: "Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlər ötən ilə kimi qorunan abidələr siyahısında idi"

BAKI, 12 apr – Sputnik. Mədəniyyət və Turizm Nazirliyi “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məscid tarixi abidələr siyahısından ötən il çıxarılıb.

Onun sözlərinə görə, mütəxəssislər məscidə baxış keçirib, məscidin dayanıqlığı araşdırılıb: “Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlər ötən ilə kimi qorunan abidələr siyahısında idi. Sonra sözügedən məscidə baxış keçirildi və belə qərara alındı ki, məscid qorunan abidələr siyahısından çıxarılsın”.

Xatırladaq ki, bu gün “Sovetski”dəki “Hacı Cavad” məscidinin sökülməsinə cəhd olub. 

Xəbər lenti
0