08:28 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1619553

Bu məhsulu vaxtında yeməsəniz, böyük faciələrə səbəb ola bilər

BAKI, 11 apr — Sputnik. Xalq arasında deyilər ki, adında "r" hərfi olmayan aylarda (may, iyun, iyul, avqust) balıq yeməzlər. Guya ki, bu aylarda balıq sağlamlıq üçün təhlükəli olur. Mütəxəssislərin fikrincə isə, balığı hər mövsümdə yemək olar. Əgər balıq normal şəraitdə yetişdirilib, saxlanılıb və satılırsa, bu, sağlamlıq üçün heç bir təhlükə yarada bilməz.

"8-ci km bazarı"nda balıq satışı ilə məşğul olan Raminin Sputnik Azərbaycan-a dediyinə görə, balığı hər fəsildə yemək olsa da, amma hər fəsildə satmaq mümkün olmur: "Biz təzə və diri balıq satışı ilə məşğuluq. Qış, yaz və payız aylarında balığı açıq havada satmaq mümkündür. Ancaq nə qədər çalışsaq da, yayda balıq keyfiyyətini tez itirir. Ümumiyyətlə, balıq tez köhnələn qidadır. Onu sudan çıxaran kimi bişirdinsə, yeyə bilərsən, ya da gərək buzlu balıq alasan. Balığı 3-4 gün satışda saxlamaq mümkün olmur".

“8-ci km bazarı”nda balıq satan satıcılar
© Sputnik / Irade JELIL
“8-ci km bazarı”nda balıq satan satıcılar

Satıcı bildirir ki, uzun illərdir şəhərin müxtəlif bazarlarında balıq satışı ilə məşğul olur. Ən yaxşı alveri Xırdalan bazarında işləyəndə edə bilirmiş. "8-ci km bazarı"nda isə demək olar ki, alver yoxdur. Gün ərzində cəmi 4-5 balıq sata bilir. Bunun da mayası ödənildikdən sonra satıcıya çox az pul qalır.

Ramin deyir ki, son vaxtlar bazara ümumiyyətlə alıcı az gəlir. Gələn alıcılar isə daha ucuz məhsullara üstünlük verirlər: "Məsələn, əvvəllər kütüm alan alıcı indi xanı balığı və ya kilkə alır. Əvvəl 2-3 kq balıq istəyən indi ancaq birini ala bilər".

Alıcı kütləsi azaldığı üçün Ramin başqa dəniz məhsullarının satışına da başlayıb. Amma deyir ki, onların üzünə baxan heç yoxdur: "Əvvəllər xərçəng və digər dəniz məhsulları gətirmirdim. Çox adam gəlib soruşurdu. Alver azalandan sonra gətirdim ki, bəlkə bundan pul çıxa. İndi isə heç maraqlanan da yoxdur".

“8-ci km bazarı”nda balıq satan satıcılar
© Sputnik / Irade JELIL
İsti havalarda balıq tutulandan sonra 24 saat müddətində, soyuq havalarda isə 48 saat müddətində satılmalı və istifadə edilməlidir

Satıcının sözlərinə görə, balığı hər mövsümdə yemək olar: "Başqa ölkələrdə hər mövsüm balıq yeyilir. Azərbaycanda isə balıq düzgün şəraitdə saxlanılmadığından, sağlamlıq üçün təhlükəli ola bilər".

Həmsöhbətimizin sözlərinə görə, kütümün kiloqramı 8-10 manata, xanı balığl 5-7 manata, zalom 8-10 manata satılır. Balığın böyüklüyü onun qiymətinə də təsir edir. Əgər balıq böyükdürsə, onun qılçığı az olur. Bu da qiyməti bahalaşdırır.

Ramin təzə balığı köhnədən fərqləndirmək üsullarını da başa salır: "Təzə balığın səthi sürüşkən olmur. Əlini vuranda təmizlik hiss edirsən. Balığın qəlsəməsini qaldırın, rəngi qırmızıdrsa, o balıq təzədir. Siz bu hissəni qoxlayaraq da balığın yeni və ya köhnə olduğunu bilə bilərsiniz. Balıq başqa qoxu verməməlidir. Bişərkən didilməməlidir. Ən yaxşısı, balığı aldığınız gün bişirin. Bişmiş balığı bir neçə saatdan artıq saxlamaq zəhərlənməyə səbəb ola bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, balığı hər mövsüm yemək olar: "Balıq təzədirsə, yaxın məsafədən gətirilirsə, saxlanma şəraiti onun keyfiyyətini pozmursa, balığı yemək olar. Ümumiyyətlə, isti havalarda balıq tutulandan sonra 24 saat müddətində, soyuq havalarda isə 48 saat müddətində satılmalı və istifadə edilməlidir. Bu müddət keçdikdən sonra balıqda iylənmə prosesi başlayır. Balıq keyfiyyətini itirir. Buna görə də, istehlakçı çalışmalıdır ki, açıq şəraitdə, səyyar şəkildə satılan balıq almasın".

Kütümün kiloqramı 8-10 manata, xanı balığl 5-7 manata, zalom 8-10 manata satılır
© Sputnik / Irade JELIL
Kütümün kiloqramı 8-10 manata, xanı balığl 5-7 manata, zalom 8-10 manata satılır

"Süni şəkildə yetişdirilən balıqlar da sağlamlıq üçün təhlükəlidir. Harada baytar əli varsa, deməli balıq süni şəkildə yetişdirilib və sağlamlıq üçün təhlükəlidir. Bəzi dənizkənarı ölkələrdə balıq bazarı fəaliyyət göstərir. Bazarlar səhər 8-dən 12-yə qədər davam edir. Qalan balıqlar yenidən dənizə buraxılır. Azərbaycanda isə bu yoxdur" — E Hüseynov qeyd edib.

Balıq vitaminlərlə zəngin qida olmaqla yanaşı, keyfiyyətini itirdiyi halda sağlamlıq üçün təhlükəli qidadır. Mütəxəssislərə görə, dəniz məhsulları insanlarda anafilaktik şoka da səbəb ola bilər. Bu hal dəniz məhsullarını yedikdən 2 dəqiqə sonra meydana çıxa bilər. Bəzi bakteriyalar skumbriya, palamut və s. bu kimi balıqlarda toksin yaradır.

Süni şəkildə yetişdirilən balıqlar sağlamlıq üçün təhlükəlidir
© Sputnik / Irade JELIL
Süni şəkildə yetişdirilən balıqlar sağlamlıq üçün təhlükəlidir

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, bu balıqların yeyilməsi sağlamlığa zərər verə bilər: "Balıq zəhərlənməsi zamanı xəstədə şiddətli ürəkbulanma, qusma, hərarətin artması, titrəmə, ürəkgetmə, qarın ağrısı, mədədə sancılar, halsızlıq və başgicəllənmə ilə özünü biruzə edir. Zəhərlənmə ağırlaşanda isə şok və əzələ qısılması müaşhidə olunur".

"Əlamətlər xəstənin immunitetinə görə dəyişir. Yəni, zəhərlənən şəxsdə əlamətlərin biri və ya hamısı müşahidə edilə bilər" — Abbasova vurğulayır.

Həkim bildirir ki, əgər zəhərlənmə ağır həddə deyilsə, xəstənin mədəsinin yuyulması və 24 saat ancaq maye verilməsi məsləhət görülür: "Zəhərlənmə ağır həddə olduğu halda isə həkim müdaxiləsi mütləqdir. Çünki balıq zəhərlənməsi ölümə də səbəb ola bilər".

Əlaqədar

Minalanmış ərazidə gəzişmək, yaxud balıq mövsümündəyik...
Lotu Qulinin adamlarına rədd cavabı verən qadın qapısında ölü balıq tapdı
Mingəçevir balıqçılarının peşə sirrləri
İnsan sağlamlığı üçün zərərli olan 206 kilo balıq satışdan yığışdırılıb
Xəzərə həsrət qalmış Bakı balıqçıları: "Özlərini bizim yerimizə qoysunlar"
Azərbaycanda ağır çəkili balıq yetişdirilməsinə başlanıb
Qayığını xilas etmək istəyən balıqçı 100 milyonluq qənimət tapdı
Teqlər:
Ramin, ay, Məlahət Abbasova, satıcı, mövsüm, Sputnik Azərbaycan, alıcı, qida, Eyyub Hüseynov, zəhərlənmə, balıq, məhsul

Əsas mövzular