18:39 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
612666

Azərbaycanlının Türkiyədəki sərgüzəşti və ya qardaş ölkədə necə aldana bilərsiz

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 apr — Sputnik. Bir müddət əvvəl yolum İstanbuldan düşmüşdü. Şəhəri gəzdim, mənzərli yerləri ilə tanış oldum, insanları ilə söhbətləşdim. Axşam hotelə dönəndə isə bir daha əmin oldum ki, qardaş Türkiyədə heç də azərbaycanlılar hər zaman sevgi ilə qarşılanmır.

Hoteldə çıxan səs-küy diqqətimi cəlb etdi. Həmvətənlərimizdən biri böyük bir problemlə qarşılaşmışdı. Türk qardaşlarımız uzun illər Ukraynada yaşamış Mübariz Əliyevi elə türk dilində desək, "kazıklamışdılar".

M. Əliyev danışır ki, uzun illər Rusiya və Ukraynada yaşasa da, belə bir hadisə ilə ilk dəfə Türkiyədə qarşılaşıb: "Düzdür, Rusiyada da əcnəbiyə hesabı bir az çox deyirlər. Amma burdakı kimi yox! Mən uzun illər xaricdə yaşamışam. Sonra Azərbaycana qayıtmışam. Ailəmi də götürüb əvvəlcə Antalyaya getdik, sonra da İstanbula keçdik. Başqa məqsədimiz yox idi, sadəcə gəzmək istəyirdik. Axşam ürəyim ananas istədi. Hoteldən çıxıb, ətrafdakı mağazalara baxırdım. Mağazalardan birinin qarşısında bir türk salam verdi, danışdıq. Azərbaycanlı olduğumu biləndə dedi ki, "abi, mən Azərbaycana gəlmək istəyirəm. Amma orada heç kimi tanımıram". Bir az söhbət elədik. Biz azərbaycanlılar ürəyiaçıq insanlarıq. Fikirləşdim ki, nə olar, gələr, gəzdirirəm onu, qonaqpərvərliyimizi göstərərəm".

Əliyev telefon nömrəsini yeni tanış olduğu türkə verir və söhbət əsnasında özü haqqında da danışır. Həmvətinimizin Rusiyadan yeni qayıtdığını və üzərində çox miqdarda pul olduğunu bilən "yeni dost" ona bara gedib bir az əylənməyi təklif edir. Yeni tanışının təklifinə razılaşan Mübariz Əliyevin problemi də elə bundan sonra başlayır.

"Dedi "abi, gedək Məcidiyyə köyündə yaxşı bir bar var, əylənək". Razılaşdım, taksiyə mindik. Yolda hiss etdim ki, türkün əli mənim cibimə dəyir. Mən də 10 min dollarlıq pul bağlamasını yan cibimə qoymuşdum. Qısacası, kohnə "Stand" bara getdik. İndiki adını xatırlamıram. Mən də uzun müddətdir ki, Türkiyədə olmamışdım" — deyir müsahibim.

Barda onların masası iki qız da əyləşir: "Yarım saat oturdum. Bu yarım saat ərzində qızlar 9 şampan açdırdı. Mən görürdüm ki, vəziyyət yaxşıya doğru getmir. Odur ki, hesabı istədim. Hesab gələndə isə gözlərimə inana bilmədim. 3000 ABŞ dolları ödəməli idim. Bilirdim ki, məbləğ o qədər olmalı deyil. Hesabla razılaşmadım. Yanımdakı da "abi, gəl birlikdə düzəldək verək, başımız bəlaya girməsin" dedi. Yenə razılaşmadım. Bundan sonra bir neçə idmançı görkəmli şəxs üzərimə gəldi. Qollarımı burub cibimə girdilər, 3000 dollar və 2500 TL (türk lirəsi) götürdülər. Onlar pulu məndən zor gücü ilə aldılar".

Daha sonra M. Əliyev hotelə qayıdır və başına gələnləri hotel rəhbərliyinə danışır. Bundan sonra hotel rəhbərliyi polis yardımı ilə yenidən həmin bara gedir. Həmvətinimiz hotel rəhbərliyinin və "tanış" polislərin yardımı ilə ondan alınan məbləğin xeyli hissəsini geri ala bilir.

M. Əliyev bizimlə söhbəti zamanı Türkiyədə heç kimə inanmamağı da məsləhət gördü: "Həmvətənlərimə səslənirəm, heç kimə inanmayın. Ürək qızdırmayın. Mən inandım, yaşadıqlarım mənə dərs oldu".

Belə!.. Bu hadisə qardaş ölkədə həmvətənimizin başına gələnlərdir. Amma harda olursunuzsa olun, heç bir zaman ehtiyyatı əldən verməyin. Hətta getdiyiniz ölkə qardaş ölkə olsa da…

Əlaqədar

Peterburq terrorunda yaralanan azərbaycanlının anası: "Gözünü açanda görüb ki..."
Azərbaycanlı cərrah Koreyada mükafatlandırılıb
Peterburq azərbaycanlılarının rəhbəri: "Əgər ikinci bomba partlasaydı..."
“Ukraynanın səsi” yarımasını tərk edən azərbaycanlı: "Mən onlar üçün yad idim"
Hər bir azərbaycanlı bu şərtlərlə turistlərdən yaxşı pul qazana bilər
Azərbaycanlıları bu ölkədə tilsimə salıblar
Teqlər:
Mübariz Əliyev, abi, bar, qardaş, İstanbul, pul, Rusiya, Türkiyə, türk, şəhər, dollar

Əsas mövzular