05:26 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
3011

Dövlət Akkreditasiya Xidməti “Avanqard CXM” MMC-nin fəaliyyətini yoxlayıb

BAKI, 7 apr – Sputnik. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında 3 aprel 2017-ci il tarixində inspeksiya nəzarəti həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib. 

Onun sözlərinə görə, inspeksiya nəzarəti zamanı orqanın AZS İSO/İEC 17025-2008 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər” standartının tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilib, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanıb.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasın akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

Əlaqədar

Bu şirkətlər aqrar sektoru birdəfəlik tərk edə bilər
Bu şirkətlər "YouTube"da reklamdan imtina etdilər
“Vertu” şirkətini görün hansı türk satın aldı
Baş Prokurorluq bu şirkətlər barəsində cinayət işi açdı
Teqlər:
Dövlət Akkreditasiya Xidməti, Avanqard CXM” MMC, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Fazil Talıblı

Əsas mövzular