CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu sayda telekanal fəaliyyət göstərir

© Sputnik / Anar MustafayevTeleviziya proqramı
Televiziya proqramı - Sputnik Azərbaycan
Abunə olmaq
MTRŞ sədri deyib ki, xarici ölkə kanallarının Azərbaycanda yayımlanması yerli televiziyaların reklam bazarına ciddi zərbədir

BAKI, 5 apr — Sputnik. “Azərbaycanda 17-si kabel, 15-i IP televiziya kanalı olmaqla, 32 televiziya kanalı fəaliyyət göstərir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

O qeyd edib ki, 2002-ci ildə teleradio ilə bağlı qanun qəbul olunduqda kabel şəbəkəsi o qədər də inkişaf etməmişdi: “Zamanla bu sahədə böyük dəyişikliklər baş verdi, bu da yeni qanuna ehtiyac yaratdı. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdılarsa, hazırda 100-dən çox kanala baxa bilirlər. Son 1 ildə 15 hüquqi şəxs bu yayımla məşğul olmaq üçün Şuraya müraciət edərək lisenziya alıb”.

MTRŞ sədri deyib ki, xarici ölkə kanallarının Azərbaycanda yayımlanması yerli televiziyaların reklam bazarına ciddi zərbədir: “Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə, xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, yeni qanun layihəsində bu məsələlərə yer ayrılıb”.

Xəbər lenti
0