21:56 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
581 0 0

Azərbaycanda güzəştli ipoteka krediti üçün ilkin ödənişin məbləği aşağı salınıb

BAKI, 4 apr — Sputnik. Azərbaycanda güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi ilə bağlı fərmanında əksini tapıb.

Bu rəqəm indiyədək 85 faiz idi. Bundan başqa, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək.

Əlaqədar

İpoteka kreditlərinin dayandırılmasına aydınlıq gətirildi
Gənclər hansı şərtlərlə ipoteka əldə edə bilərlər?
Prezident ipoteka ilə bağlı gözlənilən fərmanı verdi
Gələn həftədən dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq
"Güzəştli mənzil" sisteminin güzəştli ipotekadan hansı fərqləri olacaq?
İpoteka söhbəti bağlandı?
Teqlər:
İlham Əliyev, ipoteka krediti, Azərbaycan, prezident

Əsas mövzular