CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Təzə bazar"da baş vermiş yanğınla bağlı müdhiş iddia

© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi sahibkarlar ehtimal edirlər ki, bazarın sözügedən hissəsinin yanmasında digər hissənin sahibinin əli ola bilər

© Sputnik / Irade JELILTicarət Mərkəzindəki yanğın gecə saat 01:00 radələrində baş verib
Ticarət Mərkəzindəki yanğın gecə saat 01:00 radələrində baş verib - Sputnik Azərbaycan
Ticarət Mərkəzindəki yanğın gecə saat 01:00 radələrində baş verib
BAKI, 4 apr — Sputnik. Dünən gecə paytaxtın Nəsimi rayonunda yerləşən məşhur "Təzə bazar"da yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan Fövqaladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, ümumi sahəsi 1,5 ha olan "Təzə bazar" ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülülüb.

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olaraq, hadisənin təfərrüatları və son durumla maraqlanıb. Sahibkar Zərifə İbrahimova ciddi zərərə uğradığını bildirib: "Uzun müddətdir ki, bu ərazidə alverlə məşğulam. Pal-paltar satıram. Bu yanğın üzündən 5 min manatlıq ziyana düşdüm. Səhər işə gəlib gördüm ki, bütün mallarım yanıb. Deyirlər, qısa qapanmadır. Belə hadisələr evimizdə də baş verə bilər".

© Sputnik / Irade JELILYanğın nəticəsində sahibkarlara böyük məbləğdə ziyan dəyib
Yanğın nəticəsində sahibkarlara böyük məbləğdə ziyan dəyib - Sputnik Azərbaycan
Yanğın nəticəsində sahibkarlara böyük məbləğdə ziyan dəyib

Digər sahibkar Rəsmiyyə Həmidova isə bazarda meyvə-tərəvəz alveri ilə məşğul olur. Dediyinə görə, ona da 4-5 min manatlıq ziyan dəyib: "Hər şey yanıb, nə deyim, ələ gələsi heç nə yoxdur. Hələ bizə heç nə deməyiblər. Gözləyirik, görək nə olar".

Bazarda zoomağazası olan Samir Poladovun sözlərinə görə isə, ona 1000 manat məbləğində zərər dəyib: "Satışda olan heyvanlardan bəzisi tüstüdən zəhərlənərək ölüb. Mən Sumqayıtdan gələnə qədər gec oldu. Görürüsünüz də, hər şey yanıb məhv olub".

© Sputnik / Irade JELILTəzə Bazar Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
1/14
Təzə Bazar Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
2/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
3/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELILTəzə Bazar Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
4/14
Təzə Bazar Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
5/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
6/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
7/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
8/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
9/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
10/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
11/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
12/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
13/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
Təzə Bazar Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
14/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
1/14
Təzə Bazar Ticarət Mərkəzində yanğın
2/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
3/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
4/14
Təzə Bazar Ticarət Mərkəzində yanğın
5/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
6/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
7/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
8/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
9/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
10/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
11/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
12/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
13/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın
14/14
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın

Bildirək ki, bazarda özünü sahibkar kimi tanıdan, amma satıcıların sözlərinə görə, "bazarkom"un yaxınları olan bir neçə nəfər çəkiliş aparmağımıza mane olmaq üçün əllərindən gələni edirdilər. Hətta bir qadın hay-küy salaraq, jurnalistləri təhdid də etməkdən çəkinmədi.

"Çıxın gedin buradan! Ölməyimi istəyirsiniz? Çəkməyin buranı, mən "bazarkom"un bacısıyam" — deyə sözügedən qadın KİV nümayəndələrini ərazidən uzaqlaşdırmağa çalışırdı.

Bazarın 1,5 ha ərazisindən 400 m2 yanıb və yanan ərazilər, əsasən meyvə-tərəvəz piştaxtaları, kafelərdir. Öz aralarında danışan bəzi sahibkarlardan ilginc xəbər də eşitdik. Belə ki, bazarın iki sahibi varmış və onların arasında uzun zamandan bəri rəqabət gedirmiş. Bu mənada sahibkarlar ehtimal edirlər ki, bazarın sözügedən hissəsinin yanmasında digər hissənin sahibinin də əli ola bilər.

© Sputnik / Irade JELILBəzi satıcıların həm dükanı, həm də satılıq malları tamamilə məhv olub
Bəzi satıcıların həm dükanı, həm də satılıq malları tamamilə məhv olub - Sputnik Azərbaycan
Bəzi satıcıların həm dükanı, həm də satılıq malları tamamilə məhv olub

Bu və digər müəmmalı məqamlara aydınlıq gətirmək üçün bazar rəhbərliyi ilə görüşmək istəsək də, cəhdlərimiz baş tutmadı. Özlərini səlahiyyətli şəxs kimi təqdim edən bir neçə şəxs görüş istəyimizin mümkünsüz olduğunu bildirdi.

Xəbər lenti
0