13:24 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
18010

OECD: Poçtla göndərildiyindən, onları aşkar etmək çətindir

BAKI, 1 apr — Sputnik. Dünyada satılan hər 5 mobil telefondan biri və video oyunlar üçün satılan hər 4 konsoldan biri saxtadır.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yaydığı məlumatda bildirilir.

Sözügedən təşkilat saxta informasiya-kommunikasiya avadanlıqlarının satışına həsr olunan hesabat dərc edib. OECD dünyada saxta texnika satışlarının artdığını qeyd edərək, bunun müştərilərə, istehsalçılara və maliyyə sisteminə mənfi təsir göstərdiyini bildirib.

2013-cü ilin gömrük statistikasına görə bu cür cihazların qlobal satışı 6,5 faiz təşkil edib. 2016-cı ildə isə digər bazarlarda saxta cihazların satışı 2,5 faiz olub. OECD saxta kommunikasiya texnikasının satışının ümumi həcmini 143 milyard dollar məbləğində dəyərləndirib. Bununla yanaşı, saxta məhsulların poçtla göndərilməsi onların aşkar edilməsini çətinləşdirir.

Mobil telefon və oyun cihazları ilə yanaşı saxta yaddaş kartı, adaptorlar, idarəetmə pultları, noutbuklar, kompüterlər və planşetlər də hazırlanır. OECD-in fikrincə, smartfonlara, aksessuarlara və digər texnikaya olan tələbat saxta məhsulların hazırlanmasına daha da maraq oyadır. Təşkilat saxta məhsulların sağlamlıq və istifadəçinin təhlükəsizliyi baxımından riskli olması barədə xəbərdarlıq edib. İstifadəçinin şəxsi məlumatları təhlükə altında ola bilər. Saxta texnikada ziyanlı maddələrdən istifadə istisna olunmur.

OECD-in hesabatına görə, saxta texnikanın əsas mənbəyi Çindir.

Əlaqədar

Azərbaycanda Çin möcüzəsi: 6 həftəyə boyu 27 metrə çatır
Çin kəşfiyyatı FTB-nin məxfi planlarını oğurlayıb
Çin gözəlliyinin yüz ili
Ucuz Çin malı dünyanı basacaq
Çin ABŞ-a sərt xəbərdarlıq etdi
"Çin səddi"nin "dirilişi"
Çin ordusunda meymunlar hərbi xidmətə götürülüb
Çin dünyanın ən böyük radioteleskopunu qurur
Teqlər:
noutbuklar, planşetlər, saxta telefon, mobil telefon, kompüter, OECD, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Çin

Əsas mövzular