21:16 25 Fevral 2018
Canlı yayım
Şərq bazarı

Bakının tarixi ticarət məkanının taleyinə aydınlıq gətirildi

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
36521

Ələsgər Kazımov: "KİV-də "Şərq bazarı"nın bağlanması haqqında yayılan məlumatlar yalan, şayiə xarakterlidir"

BAKI, 31 mart — Sputnik. Dünən bəzi kütləvi informasiya vasitələrində "Şərq bazarı"nın sökülməsi ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, bazarın ətrafındakı obyektlər, o cümlədən bazar söküləcək və sahibkarlara dövlət tərəfindən kompensasiya ödəniləcək.

Şərq bazarı
© Sputnik / Irade CELIL
“Şərq bazarı” Ticarət Mərkəzi 1982-ci ildə tikilib

Sputnik Azərbaycan-ın əməkdaşı "Şərq bazarı"nda olub, satıcılar və rəhbərliklə danışıb. "Şərq bazarı"nda çalışan satıcıların sözlərinə görə, bu barədə onlar da mətbuat vasitəsilə xəbər tutublar. Satıcılardan biri bildirib ki, mətbuatda zaman-zaman bazarın söküləcəyi ilə bağlı xəbərlər işıq üzü görsə də, bu məlumatlar heç bir zaman özünü doğrultmayıb.

Şərq bazarı
© Sputnik / Irade CELIL
Bazarda satış həmişəki axarında davam edir

"Biz də qəzetdən oxuduq ki, bazar söküləcək. Bazara gələndə də mühafizənin əməkdaşları ilə danışdıq. Onlar da bildirdilər ki, bu xəbərlər doğru deyil. Yəni "Şərq bazarı" bağlana bilməz. Əgər bazar bağlanarsa, xəbər verərdilər. Amma hələ heç kəs bizə heç nə deməyib" — satıcı əlavə edib.

Qeyd edək ki, satıcılar hələ burada işləməkdə davam etdiklərini bildirərək, özlərini təqdim etmək istəmədilər. Öncə heç bir açıqlama vermək və özünü təqdim etmək istəməyən, əməkdaşımızın təkidindən sonra özünü "Şərq bazarı" rəhbərliyinin nümayəndəsi kimi təqdim edən Ələsgər Kazımovun sözlərinə görə, KİV-də "Şərq bazarı"nın bağlanması haqqında yayılan məlumatlar yalan, şayiə xarakterlidir: "Şərq bazarı" Mədəniyyət Nazirliyinin balansında olan bir müəssisədir. Tarixi abidə olduğuna görə, dövlət tərəfindən qorunur, sökülməsi mümkün deyil".

Ələsgər Kazımov
© Sputnik / Irade CELIL
"Şərq bazarı" rəhbərliyinin nümayəndəsi Ələsgər Kazımov

Şirkətin nümayəndəsi bildirdi ki, bazarın sökülməsi deyil, təmiri nəzərdə tutulub: "Əgər bazar təmir edilərsə, memarlıq abidəsi kimi qorunacaq, xarici görkəminə toxunulmayacaq. O da bizim maddi imkanlarımıza bağlıdır. Nə zaman imkanımız olsa, bazarı o zaman da təmir etdirəcəyik".

Ə. Kazımovun sözlərinə görə, hal-hazırda bazarda 70-80 nəfər ticarətlə məşğul olur. O bildirib ki, "Şərq bazarı" dövlət müəssisəsi olduğu üçün burada sahibkar deyil, satıcılar var: "Yəni onlar müəyyən kirayə haqqı müqabilində ərazidə satış həyata keçirirlər. Sahibkar ona deyirlər ki, hər hansı bir obyekti alır və obyekt ona məxsus olur. Burada çalışanlar isə satıcılardır, onlar dövlətin obyektində çalışırlar".

Kazımovun sözlərinə görə, bazrın tikintisi ötən əsrin 80-cı illərinə təsadüf etsə də, ticarət obyekti kimi 2001-ci ildən fəaliyyətə başlayıb: "Hələ bizə heç bir yerdən göstəriş verilməyib ki, bazar təmir edilsin. Amma düşünürük ki, bazarın bərpa, restavrasiyaya ehtiyacı var. İmkanımız olsa, edəcəyik".

Əlaqədar

Xaçmaz bazarında kədərli “bayram bazarlığı”
Bayramqabağı bazarlarda vəziyyət necədir?
Bazarlığı istəmirəm zərrə-zərrə, qram-qram...
İran məhsulları Rusiya bazarına ayaq açır
Baş nazirin müavini: "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur"
Avtomobil bazarında vəziyyət necə olacaq?
Teqlər:
ticarət obyekti, dövlət müəssisəsi, "Şərq bazarı", satıcı, obyekt, sahibkar, ticarət

Əsas mövzular