CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsmanın birgə layihəsi davam edir

© Photo : Ukraininan Parliament Comissioner for Human RightsЭльмира Сулейманова, уполномоченная по правам человека в Азербайджане, омбудсмен
Эльмира Сулейманова, уполномоченная по правам человека в Азербайджане, омбудсмен - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ombudsmanının Almaniya və Polşanın birgə iştirakı ilə həyata keçirdiyi Tvinninq layihəsi davam edir

BAKI, 30 mart — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə Tvinninq layihəsi həyata keçirir. 

24 ay davam edəcək “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafisi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qunununun implementasiyası sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə edir.

Elmira Süleymanova - İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman ) - Sputnik Azərbaycan
Ombudsman illik məruzəsini təqdim edib

Ombudsman Aparatının Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan Tvinninq layihəsinin həyata keçirilməsi vəziyyətinin və layihə çərçivəsində gələcəkdə görüləcək işlərin müzakirəsi məqsədilə  Elmira Süleymanova Almaniya tərəfindən layihə rəhbəri cənab Volker Ellenbergeri, Polşa tərəfindən layihə rəhbəri cənab Miroslav Vroblevskini, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının nümayəndəsi cənab Bernd Şumaxeri və tvinninq layihəsinin rezident müşaviri cənab Vulf Roeveri qəbul edib. 

Ombudsman Azərbaycan Ombusmanının beynəlxalq əlaqələri sırasında Avropa İttifaqı ilə münasibətlərin xüsusi önəm daşıdığını, yaradılmış səmərəli əməkdaşlıq əlaqələri kontekstində Avropa İttifaqının Şərq tərəfdaşlığı, Tvinninq və  TAİEX layihələrində iştirak olunduğunu bildirib.

Эльмира Сулейманова, уполномоченная по правам человека в Азербайджане, омбудсмен - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib

Qeyd olunub ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda tətbiq olunmuş Azərbaycan Ombudsmanının əvvəlki illərdə Almaniya İnsan Hüquqları İnstitutu ilə birgə həyata keçirdiyi Twinning Light layihəsi hər iki tərəfin göstərilən insan hüquqları təsisatlarının işinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olub.

Görüşdə Tvinninq layihəsi çərçivəsində ötən ildən Avropa İttifaqının ekspertləri tərəfindən artıq 67 təlimin keçirildiyi, layihənin birinci komponenti üzrə nəzərdə tutulan işlərin tamamlandığı, Yunanıstana araşdırma səfərinin həyata keçirildiyi və bunun təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib.  

Eyni zamanda qeyd olunub ki, ayihənin uğurla həyata keçirilməsi üçün Azərbaycan Ombudsmanı tərəfindən lazımi şərait yaradılıb.

Daha sonra Avropa İttifaqı tərəfindən layihə rəhbərlərinin, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının, Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin və Ombudsman Aparatının nümayəndələrinin iştirakı ilə layihənin həyata keçirilmə səviyyəsinin dəyərləndirilməsi məqsədilə xüsusi komitənin iclası keçirilib.

Elmira Süleymanova - İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman ) - Sputnik Azərbaycan
SİYASƏT
Ombudsman deputatlar qarşısında hesabat verəcək
  

İclasda tvinninq layihəsinin rezident müşaviri cənab Vulf Roever məruzə ilə çıxış edərək 2016-cı il 7 dekabr tarixindən 2017-ci il 6 mart tarixinə qədər layihə çərçivəsində görülmüş işlər barədə geniş məlumat verib.  

Bildirilib ki, ümumilikdə, layihənin başlandığı vaxtdan bu günədək təxminən 40 beynəlxalq ekspertin cəlb olunması ilə 70 ekspert missiyası həyata keçirilib, bununla bağlı fəaliyyətin səmərəli nəticə verməsi üçün Azərbaycan Ombudsmanı tərəfindən təşkilati dəstək verilib, missiyalar layihənin dörd komponentinin hər birini əhatə edib.

İclasda iştirak edən ekspertlər tərəfindən layihənin rüblük hesabatlarının tərtib olunması, gələcəkdə nəzərdə tutulan təlimlərin səmərəli təşkili ilə bağlı təklif və tövsiyələr verilib.

Xəbər lenti
0