CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər bir azərbaycanlı bu şərtlərlə turistlərdən yaxşı pul qazana bilər

© Sputnik / Murad OrujovТуристы в Баку, фото из архива
Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə gələn turistlər əziyyətsiz olaraq gecəsi 10-12 dollar olan ev tapa bilərlər

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Turizm biznesi sərmayənin qoyulması üzrə gəlirli istiqamətlərdən birdir. Azərbaycanda kifayət qədər dörd və beşulduzlu otel tikilib, lakin turistlərin əsas hissəsi oteldəki bir gecə üçün 100 dollardan yuxarı pul ödəməyə hazır olan şəxslər deyillər. Tez-tez belə bir söz eşidirsən ki, Bakıda az büdcəli tursitlər üçün nəzərdə tutulan infrastruktur yoxdur, lakin indi məlum olub ki, bu növ tursitlər üçün geniş yayılmış özəl evlər (hostellər) şəbəkəsi mövcuddur.

Belə ki, ölkəyə gələn turistlər əziyyətsiz olaraq gecəsi 10-12 dollar olan ev tapa bilərlər. Şübhəsiz ki, bu halda ortaya iki sual çıxır — təhlükəsizlik və keyfiyyətli xidmət məsələsi. Mən bölgələrdən paytaxta tikintidə işləməyə gələn şəxslərin dediklərinə inanaraq, ucuz kirayə evlərin keyfiyyəti barədə çox mənfi fikirdə idim.

Ona görə də, tanışım Eminin əlində olan evlərin hamısına bu bayramda kirayənişin götürdüyü barədə sözlərinə inanmağım gəlmədi. Emin bu bayramda 24 turistə ev kirayə verdiyini deyəndə, lap təəccübləndim. Əlbəttə, bu bayramda turistlərin sayının çox olması ilə heç kim mübahisə etmir. Lakin üç mənzildə (birotaqlı, ikiotaqlı və üçotaqlı) bu qədər insanın necə yerləşməsi sual doğururdu. 

Mədəniyyət və turizm nazirliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda regional müşavirə keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimal-qərb bölgəsində turizmin vəziyyəti müzakirə olunub

Eminin bildirdiyinə görə, onun biznesində qiymət və ximətin keyfiyyəti uğura səbəb olub. Hər bir otaqda isə 4 nəfər qalırmış. Emin deyir ki, Azərbaycana bir qayda olaraq evdə oturmağa yox, Bakı və bölgələrin görməli yerləri ilə tanış olmağa gəlirlər. Təklif olunan qiymət isə turistlərin elə yüksək olmayan tələblərinə uyğun gəlir.

Yeri gəlmişkən, mən İçərişəhər yaxınlığına kirayəyə verilən mənzillərdən birində oldum və buradakı təmizliyə heyran qaldım. İkimərtəbəli çarpayıların qoyulması əlavə şkaflar və televizor üçün yer açmışdı.

Qeyd etmək lazımdır ki, təmirdən sonra iki və üçotaqlı mənzilərdə sanitar qovşaqlarının sayı ikiyə çatdırılmışdı. Müvafiq dizayn otaqların imkanlarından tam istifadə etmək üçün şərait yaradır. Bundan əlavə, ev sahibi bildirir ki, qonaqları üçün şəhərdə gəzintinin xüsusi sxemini tərtib edib. Bu sxemə görməli yerlərlə yanaşı, münasib iaşə və ticarət obyektləri də daxil edilib.

Şübhəsiz ki, sahibkarlarda pul məsələləri adətən sirr kimi saxlanılır. Söhbət təkcə vergi orqanlarından ehtiyatlanmaqdan getmir, həm də “gözə gəlmək” məsələsi var. Buna baxmayaraq, Emin biznesini necə qurduğunu danışdı və əsas problemlərdən söz açdı.

O bildirdi ki, öz köhnə “Mercedes”ini daha yeni və komfortlu avtomobilə dəyişmək niyyətindədir, lakin daha əvvəl ailəsi ilə kənar rayondan şəhərin mərkəzinə köçmək istəyir. İş ondadır ki, valideynlərindən qalmış ikiotaqlı mənzil onun ilk hosteli olub. Üçotaqlı mənzil yoldaşının valideynlərinə məxsusdur. Valideynlər şəhər kənarında kirayədə qalırlar. Birotaqlı mənzili isə ipotekaya həyat yoldaşının adına götürüb. 

Азер Аллахверанов, председатель общественного объединения Həyat (Жизнь) - Sputnik Azərbaycan
İran turistləri Bakıda nə axtarır?

Emin mənzil şəraitinin yaxşılaşdırılmasını təxirə salaraq müvafiq tələbat olduğu təqdirdə daha bir hostel tikməyə də hazırdır. Onun sözlərinə görə, bayram günlərini və turistlər üçün təşkil olunan xüsusi turları çıxmaqla, qalan dövrdə hostellər heç yarıyadək dolmur. Bundan əlavə, səliqə-sahman xərcləri  və kommunal xərclər mövcuddur. Həmçinin, hostel sahibinin geniş danışmaq istəmədiyi bəzi “digər xərclər” də var.

Emin bildirir ki, biznesin inkişafı üçün istifadə olunan ilkin kapital cüzi olub, çünki ev ona valideynlərindən qalıbmış. O qeyd edir ki, biznesin başlanğıcı üçün böyük vəsait lazım deyil, çünki insanlar evlərini turistlərə verərək bağ evlərinə köçə bilərlər. Lakin bu, göründüyü qədər asan biznes deyil. Burada potensial müştəriləri axtarmaq, onları yerləşdirmək, təhlükəsiz və rahat mənzil təklif etmək lazımdır. Bu işdə maneələr çoxdur. Bu maneələrin əksəriyyəti qonaqların tapılması və yerləşdirilməsi ilə deyil, “digər xərclərlə” bağlıdır.

Xəbər lenti
0