19:24 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
5111

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Hərbi Prokurorluq tərəfindən hazırlanmış “Əsrin faciəsi” adlı qısametrajlı film nümayiş etdirilib

BAKI, 29 mart — Sputnik. Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə 31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 

Konfransda çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, 31 Mart soyqırımının üzərindən uzun illər keçsə də, təəssüf ki, hələ ona hüquqi qiymət verilməyib. O, deyib ki, bu qanlı faciə özünün ağır nəticələri ilə seçilir: “1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb”.

Tarix İnstitutunun təşkilatçılığı ilə 31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans
© Sputnik / Irade JELIL
Tarix İnstitutunun təşkilatçılığı ilə 31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans

Ombudsmanın çıxışından sonra Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun müəllifi olduğu “İrəvan xanlığı”, həmin institutun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında nəşr edilən “Soyqırımı muzeyi” kitabları təqdim olunub.

Daha sonra 31 mart — Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Hərbi Prokurorluq tərəfindən hazırlanmış “Əsrin faciəsi” adlı qısametrajlı film nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, ermənilər 31 Mart soyqırımında dəhşətli cinayətlər törədiblər.  Onların törətdiklləri cinayətlər tarixə ləkədir. 

Y. Mahmudov qeyd edib ki,  1918-ci ildə Azərbaycan xalqının ölüm-qalım məsələsi həll olunub: “Azərbaycan xalqını məhv etmək üçün ermənilər əllərindən gələni etməyə çalışıblar. Bir dili məhv etmək üçün əlifbanı nə qədər dəyişərlər?  Bir xalqın mədəniyyətini dəyişmək üçün nə qədər çalışmaq olar? Amma tarixinə sahib çıxmayan xalq ölümə məhkumdur. Azərbaycan xalqı öz tarixini heç bir zaman unutmayıb”.  

Kitablar
© Sputnik / Irade JELIL
Kitablar

Daha sonra Y. Mahmudov qeyd etdi ki, Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.

Daha sonra konfrans digər iştirakçıların çıxışları ilə davam edib. 

Əsas mövzular