22:43 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
268 0 0

İntihar edən şəxsin ölümdən öncə məktub yazaraq kimisə günahlandırması, həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün nə qədər tutarlı dəlil sayıla bilər?

BAKI, 28 mart — Sputnik. Son vaxtlar intihar hallarının sayının kəskin artması cəmiyyəti narahat edən ən ciddi məsələlərdən biridir. Bəziləri intiharın əsl səbəbini özləri ilə aparsalar da, digərləri son addımı atmazdan öncə bunun arxasında nəyin durduğunu ölümdən qabaq yazdıqları məktubla bildirirlər.

Vəkil Elyar Həsənov
© E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

Bəs intihar edən şəxsin ölümdən öncə məktub yazaraq kimisə günahlandırması, həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün nə qədər tutarlı dəlil sayıla bilər? Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün vəkillərə müraciət edib.

Hüquqşünas Elyar Həsənov bildirib ki, intihar halı baş verəndə və ya ölümdə hansısa qaranlıq məqamlar, ehtimallar olduqda, prokurorluq mütləq cinayət işi açır: "Bəzi istintaq hərəkətləri var ki, cinayət işi qaldırılmasa, o istintaq hərəkətlərini həyata keçirmək mümkün deyil. Ona görə də, istənilən halda cinayət işi açılır. Eyni zamanda, bu cinayət işi zamanı həmin insanın özünü öldürmə həddinə çatdırılması araşdırılır. Bu zaman mərhumun yaxınlarının dindirilməsi normal prosesdir".

Vəkil onu da qeyd edib ki, əgər kimsə təqsirləndirilən şəxs kimi məhkum olunursa, təqsirləndirilən şəxsin əməli ilə nəticə arasında səbəbli əlaqələr olmalıdır: "Səbəbli əlaqənin olmasını sübut etmək isə çətin məsələdir. Bu, öncə istintaq, sonra isə məhkəmədə sübut olunmalıdır. İntihar edən şəxsin mütəmadi təhqir edilməsi, təzyiq, işgəncə, şantaja məruz qalması olmalıdır ki, bunlar da təkzibedilməz faktlarla sübut edilməlidir".

"İntihar edən şəxsin başqa insanla əlaqələrində problem olubsa, bu, həmin şəxsi mühakimə etməyin mümkün olduğu anlamına gəlməməlidir. Hətta, intihar edən insan məktub yazaraq kimisə ölümündə günahkar kimi göstəribsə belə, bu, o demək deyil ki, həmin insan məhkum edilə bilər" — deyə Elyar Həsənov bildirir.

Vəkil Adəm Məmmədov
© Photo : Azxeber
Vəkil Adəm Məmmədov

O, qeyd edir ki, intihar edən şəxsin vida məktubu olanda, bu zaman diqqət daha çox həmin şəxsə yönəlir və cinayət işi açılır: "Amma onun məhkum edilməsi üçün mütləq şəkildə həmin insanın günahkar olduğunu sübut edən dəlillər aşkarlanmalıdır. Əks halda, ona qarşı heç bir ittiham irəli sürülə bilməz".

Vəkil Adəm Məmmədov da deyir ki, özünü öldürmə həddinə çatdırma maddəsi ilə bağlı məsələlərdə istintaq orqanları araşdırma zamanı həmişə çətinlik çəkir: "Çünki bunu sübut etmək çox çətin məsələdir. İstintaq sübut etməlidir ki, intiharın səbəbi, məhz şübhəli bilinən insanın hərəkətləri olub. Bu da çox çətin prosesdir".

"Məktublar, mesajlar, səs yazıları yığılmalıdır və bəzən bir neçə şahidin olması lazımdır. Hətta bütün bunlar yığılandan sonra belə, onun intihara nə dərəcədə səbəb olması sübut edilməlidir" — vəkil bildirir.

Adəm Məmmədov hazırda bu cür halla üzləşdiyini və məhkəmə prosesi getdiyini dilə gətirib: "Kişi həyat yoldaşını vurub. Daha sonra qadın dərman içərək özünü öldürüb. Hal-hazırda bu haqda məhkəmə prosesi gedir və kişinin nə dərəcədə günahkar olması araşdırılır".

Əlaqədar

Daha bir intiharın qarşısı alınıb
Xaçmazda qeyri-adi intihar
Qızının ölümündə özünü günahkar bilən ata intihar etdi
Prokurorluq: Gənc yazarın intiharının səbəbləri məlum olub
Millət vəkilindən gözlənilməz intihar açıqlaması
Azərbaycanda gənc yazar intihar etdi
Bakıda biznesmen intihar edib
Ağır xəstəliyə dözməyərək intihar etdi
Hərbi Prokuror: "İntihar hər yerdə artıb"
Teqlər:
dəlil, sübut, hüquqşünas, Adəm Məmmədov, məktub, Elyar Həsənov, Sputnik Azərbaycan, ölüm, intihar, vəkil, istintaq, cəmiyyət

Əsas mövzular