CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kapitan gəmini dəryada buraxıb qaçdı

© Photo : pikabu.ruDüşünən insan. Arxiv şəkli
Düşünən insan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Biz qəhrəmanlıq dastanımızı ucuz sonluq üzərində qurduq

BAKI, 23 mart — Sputnik. Burnuna alkoqol toxunan "Dostoyevskiyəm" dedi. Tüstü qoxusu alan Əlağa Vahid yolu getdiyini zənn etdi. Əli qələm tutan Cek London olub Martin İdeni yaşadığını düşündü.

Teatr pərdəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nümayişi qadağan olunan tamaşa

Hesab etdik ki, yaradıcı şəxs olmaq üçün mütləq hansısa zərərli vərdişə yoluxmalıyıq. Şeir yaza bilmək üçün beynimizin dumanlı olması qənaətinə vardıq. Ya da özümüzü inandırdıq ki, roman yazmaq üçün, boşalmış içki şüşələrinin arasında uzanıb, cəmiyyətin səni anlamadığına dair utopiyalar yaratmaq şərtdir (niyə — bilinmir).

Sonra özümüzdən qəhrəman obrazı yaratmaq xülyasına düşdük. Qeyri-standart yaşam, yaradıcılıq və ölüm tərzi axtardıq. Başqalarına bənzəməmək, hamı kimi yaşamamaq, hamı kimi yazmamaq, hamı kimi ölməmək…

Biz qəhrəman olduğumuza, ilk növbədə ətrafımızda olanları inandırmağa çalışdıq. Sosial şəbəkədə tapmaca xarakterli statuslar, Google-dan eşələdiyimiz dahilərdən kəlamlar, hər kəsi hədəfə alan ittihamlar (və sair) bizi qəhrəman yapan vasitələrə çevrildi (əslində elə zənn etdik). Ardınca bir-iki cızma-qara, nəsr-nəzm kokteyli və hansısa saytda yayımlanan "od püskürən" müsahibə…

Artıq qəhrəmanıq. Ən azından yaxın çevrəmizdə, ailəmizin içində, 3-5 dost-tanışın arasında fərqli biriyik. Cəmiyyəti dəyişəcək, şablonları alt-üst edəcək, mifləri dağıdacaq biriyik. Yeni nəfəs gətirəcəyik, standartlara sığmayacağıq, bütləri yıxacağıq. Qəhrəmanıq…

Beləcə önə keçdik. Sükanı ələ aldıq. Birilərini arxamızca aparmağa, birilərini arxamızdan su tökdürməyə, birilərinin önündə mayak olmağa başladıq. Onlara yol göstərmək, yollarına işıq tutmaq, arxamızdakıları doğru ünvana çatdırmaq və onlar üçün ideal nümunəyə çevrilmək missiyasını üstləndik.

Mövlud Abdullayev - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda gənc yazar intihar etdi

… Və onlara ən böyük örnəyi təqdim etdik — ilk "tıxac"da sükanı buraxdıq, ilk kələkötür yolda sürücülük vəsiqəmizi onu verənin üzünə fırlatdıq, ünvana çatmadan özümüzü qatardan atdıq. Həm də hamının — böyüklərimizin, kiçiklərimizin, həmyaşıdlarımızın gözləri önündə. Onlara nağıl danışan biz, onlara yalan danışdığımızı göstərdik.

Böyüklər yaşlılığına, kiçiklər uşaqlığına salıb bizim nağıllara inanmışdılar. Çünki biz onlara yalan danışmazdıq — biz qəhrəmandıq. Lakin biz onlara da, onlardan olmayanlara da yalan danışdıq.

Beləcə biz qəhrəmanlıq dastanımızı bu qədər ucuz sonluq üzərində qurduq. Su topuğa dəyməmiş gəmini qoyub qaçan kapitan kimi…

Sükanmı ağır gəldi, altına girdiyimiz qəhrəmanlıq boyunduruğumu — bimirəm, amma biz intiharı sevdirəcək hala gəldik. Təəssüf, çox təəssüf…

Xəbər lenti
0