02:54 30 Mart 2017
Canlı yayım
Daşkəsəndə külək ciddi fəsadlar törədib

Nazirlikdən bayramda hava xəbərdarlığı

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
164202

Bayram günlərində hava buludlu, küləkli olacaq, arabir yağış yağacaq

BAKI, 18 mart — Sputnik. Bayram günləri üçün hava proqnozu açıqlanıb.

Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək. Martın 21-də isə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, martın 20-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 

Martın 21-də rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.  

Əsas mövzular