CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda irimiqyaslı tikinti planı: köhnə binalar söküləcək

Abunə olmaq
Bəzi qəzalı vəziyyətdə olan binalar sökülərək yerində yeniləri tikiləcək

BAKI, 17 mart — Sputnik. "Bakı şəhəri, Yasamal rayonunda dövlət 19 pilot layihə hazırlayıb ki, həmin layihələr çərçivəsi 19 ədəd çoxmərtəbəli bina tikiləcək".

Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov məlumat verib. "Həmin 19 binadan 5-i bu il ərzində tikiləcək. Proses davam edəcək" — sədr bildirib.

Z. Cəfərovun sözlərinə görə, pilot layihələr çərçivəsində, bəzi köhnə, qəzalı vəziyyətdə olan binalar sökülərək yerində yeniləri tikiləcək: "Sökülən binaların sakinlərinə maddi vəsait ödəniləcək ki, yeni bina hazır olanadək kirayədə qalsınlar. Bina tikildikdən sonra isə sakinlərə həmin binalardan mənzillər veriləcək".

Xəbər lenti
0