CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şopinq festivalında alver edənlərin pullarının bir hissəsi özlərinə qaytarılacaq

Abunə olmaq
On gün müddətində şopinq festivalından 100 manatlıq alver edən şəxsə aldığı mal üçün ödədiyi vəsaitin 10-13%-i geri qaytarılacaq

BAKI, 16 mart-Sputnik. Azərbaycan vətəndaşları, eləcə də xarici turistlər ilk dəfə olaraq Bakıda keçirilən şoping festivalında Tax Free sistemindən istifadə edə biləcəklər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

Şopinq festivalı zamanı yüngül sənaye məhsulları alan yerli sakinlər xərclədikləri vəsaitin bir hissəsini — əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. 

Bunun üçün alış-veriş zamanı verilən qəbzləri 10 gün müddətində ayrılmış xüsusi yerlərə təqdim etməklə pulu nağd şəkildə, yaxud da bank kartına köçürmə şərtilə əldə etmək mümkündür. 

İstanbul - Sputnik Azərbaycan
Türk alverçisi azərbaycanlı jurnalistə: “Get onu da yaz ki...”

ƏDV-nin qaytarılması qaydaları Bakı Şopinq Festivalı zamanı festivalın iştirakçısı olan ticarət nöqtələrində (iştirakçı-sahibkar) tətbiq ediləcək. Xarici turistlər, eyni zamanda Azərbaycan vətəndaşları ƏDV qaytarılması kampaniyasından yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyində və ya Bakı Şopinq Festivalının vebsaytında  qeydiyyatdan keçmiş iştirakçı-sahibkarların xidmətindən istifadə etdikləri və  onlardan mal aldıqları zaman yararlana biləcəklər.

Tax Free sisteminin həyata keçirilməsi Vergilər Nazirliyinə həvalə olunacaq. Geri qaytarılan vəsaitlər alış-verişin həcmindən asılı olaraq 10-13% təşkil edəcək. 

Qarayevin sözlərinə görə, Ümumdünya Turizm Təşkilatının məlumatına görə, son on ildə ticarət turizmi sürət götürüb. Bir sıra ölkələr bundan istifadə edirlər. Şopinq turistlərin xərclərinin əsas kateqoriyalarından biridir. Bütün dünya üzrə turizm göstəricilərinə əsasən bu gün şopinq dördüncü yeri tutur və turistlərin ümumi xərclərinin 35%-ni təşkil edir. 

Vergilər naziri Sahib Ələkbərovun sözlərinə görə, 2016-cı ilin iyulundan etibarən Azərbaycanda Tax- Free sistemi fəaliyyətə başlayandan bu yana ƏDV-nin geri alınması üçün təqdim edilən fakturaların sayı 6 min 863 ədəd olub. Ticarət dövriyyəsinin pulla ifadəsi 12 milyon manat təşkil edib. Nəticədə xaricilərə qaytarılan vəsaitin həcmi 1 milyon manatdan çox olub. Hazırda Tax Free sisteminə 254 obyekt qoşulub. 

Azərbaycan bayrağı - Sputnik Azərbaycan
Azərbaycanın səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin ediləcək

“Biz yerli sakinlərin də bu şopinq festivalında fəal iştirakını təşkil etmək istəyirik. Bu yerli turizmin də inkişafına təkan verəcək. Aprel-may aylarında Bakıya müxtəlif şəhər və regionlardan kifayət qədər insan gəlir” – deyə Ələkbərov bildirib. 

O qeyd edib ki, xarici turistlər üçün Tax Free-dən fərqli olaraq, yerli sakinlərə ƏDV-ni geri almaq üçün 300 manatlıq deyil, 100 manatlıq mal almaq kifayətdir. 

Tax Free sisteminin iştirakçıları şopinq festivalında sadələşdirilmiş vergi ödəyiciləri olmayacaqlar. Bakı şopinq festivalının saytından qeydiyyatdan keçməklə sistemə qoşulanların ayrıca ƏDV-nin qaytarılması sisteminə qoşulmasına ehtiyac yoxdur. Arzu edənlər üçün qeydiyyat aprelin 5-nə qədər uzadılacaq. 

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biri olan turizmin inkişafı üçün son illər dövlətimiz tərəfindən bir çox mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni bir mərhələ açır. 

Manatla alış-veriş - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan Türkiyə ilə ticarəti manatla apara bilər

Sərəncama əsasən, həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda şopinq festivallarının təşkilidir. Hər il keçirilməsi nəzərdə tutulan festival bu il, aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək.

Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına  xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox qonşu ölkələrdə maraq yaranıb. Xüsusilə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə turist və müştəri axını olacağı gözlənilir.

Festivalın təşkili Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə hətta bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır.

Festivala hazırlıq çərçivəsində artıq bir sıra mühüm işlər görülüb. Festivalın rəsmi internet saytı olan www.bakushopfest.com Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb. Saytda festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar, turist və alıcılarda yarana biləcək bütün sualların cavabları, ümumiyyətlə, Bakı Şopinq Festivalı ilə bağlı bütün məlumatlar əks olunub. 

Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Aztəminatlı ailələrə ailə biznesi qurmaq üçün imkan yaradılır

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir edəcək.

Festivalın daha maraqlı və cəlbedici olması üçün festival dövründə müxtəlif lotereya oyunları, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların nümayişi, kinofestivallar təşkil ediləcək. 

Festival dövründə paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və Azərbaycan əhalisinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının xidmətinə Çağrı Mərkəzi (Call Center) də istifadəyə veriləcək. Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verəcək Çağrı Mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək. 

Команда Сборная Баку на сцене 28-го Международного фестиваля КиВиН-2017 - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Bakı Yığması” Soçidəki beynəlxalq festivalın güclülər liqasında

Sahibkarlar festivalın rəsmi internet saytında qeydiyyatdan keçərək, iştirakçı statusu almaqla öz məhsullarını festival zamanı paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər. 

Azərbaycan Konqreslər Bürosu hər bir Azərbaycan vətəndaşını və xarici turistləri festivalın təqdim edəcəyi imkanlardan yararlanmaq üçün Bakı Şopinq Festivalına dəvət edir.

Bakı Ticarət festivalı ilə bağlı məlumat almaq, təşkilatçılarla əlaqə saxlamaq üçün aşağıdakı telefon nömrəsi və e-mail vasitəsilə müraciət etmək olar:

E-mail: media@bakushopfest.com, Web: www.bakushopfest.com 

Xəbər lenti
0