22:09 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
3812

Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir

BAKI, 16 mart — Sputnik. 15 mart 2017-ci il tarixində 29 min ədəd zəli KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. 

Qeyd edək ki, Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir. Hazırda göldə suyun temperaturu normalara cavab verir.

40 min ədəd zəli isə Nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilib, istintaq bitəndən sonra onlar da KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə təbiətə buraxılacaq.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında qaçaqmalçılıq yolu ilə 69 min zəli ölkədən çıxarılarkən Gömrük İdarəsi tərəfindən müsadirə olunub.

Əlaqədar

Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılır
Azərbaycan ekoloji fəlakət ərəfəsindədir
Yağışlar Azərbaycanda ekoloji fəlakətlərə səbəb olub

Əsas mövzular