07:10 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
44701

Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb

BAKI, 16 mart-Sputnik. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eləcə də dövlət sərhədindən mütəşəkkil cinayətkar qrupların qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb.

Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, 13.03.2017-ci il tarixdə saat 23:35 radələrində Balakən rayonunun Şərif kənd ərazisindəki zastavanın xidməti sahəsində Gürcüstan istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçirilmiş qaçaqmalı “Qazel” markalı AZ 08-BD-748 dövlət nömrə nişanlı avtomobilə yükləyərək sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan hadisə yerindən qaçmağa cəhd göstərən Balakən rayon sakinləri 1973-cü il təvəllüdlü Qurbanov İlham Zeynəddin oğlu və 1981-ci il təvəllüdlü Laicov İrşad Eyvaz oğlu təqib edilərək saxlanılıblar. Avtomobilə keçirilmiş baxış zamanı yük yerindən 20 qutuda 3187 ədəd müxtəlif çeşidli pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb
© Photo : dsx.gov.az
Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin digər iştirakçıları Balakən rayon sakini 1983-cü il təvəllüdlü Maqomedov Kamil Cavadxan oğlu və Gürcüstan vətəndaşı, Laqodexi rayonu Qabal kənd sakini 1975-ci il təvəllüdlü Almazov Aqil Qurban oğlu saxlanılıblar. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Minsk qrupunun görüşü gedərkən Xankəndində pirotexnika partladıblar
Teqlər:
Pirotexniki vasitələrin müsadirəsi, Dövlət Sərhəd Xidməti, Maqomedov Kamil Cavadxan oğlu, Qurbanov İlham Zeynəddin oğlu, Laicov İrşad Eyvaz oğlu, Qabal kəndi, Laqodexi rayonu, Balakən rayonu, Gürcüstan

Əsas mövzular