21:27 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Бакинский железнодорожный вокзал

Dəmiryolçular gücləndirilmiş iş rejimində çalışacaqlar

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
2611

Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

BAKI, 15 mart — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O, qeyd edib ki, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək".

Xatırladaq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.  

Əlaqədar

Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib
İlham Əliyev: "Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır"
Rusiyanın müdaxiləsi bu rejimi gücləndirdi
Daha bir nazirlik gücləndirilmiş iş rejiminə keçdi
Teqlər:
sərnişin qatarları, sərnişin daşımaları, bilet satışı, sərnişin sıxlığının artması, Novruz bayramı, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Sevinc Qədirova

Əsas mövzular