16:58 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
29010

Beyləqanda məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər tutulub

BAKI, 14 mart — Sputnik. Beyləqanda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər tutulub. Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri — 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktı ilə əlaqədar martın 9-da Beyləqan rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Moskvada pilonda rəqs üzrə müsabiqə, 1990-cı illər
© Sputnik / Vladimir Vyatkin

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Beyləqan rayon hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K. Hümbətov və T. Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Bakıda cinsi azlığın mənzilini qarət etdilər
Cinsi əlaqədə olmağın bu faydalarını bilirdinizmi?
Yazıçının cinsi əlaqəyə dair sözləri aparıcını çaşqın vəziyyətə saldı
Teqlər:
Seksual xarakterli hərəkətlər, Beyləqan rayon Polis Şöbəsi, Baş Prokurorluğun mətbuat xidməti, Tural Kərimov, Kamil Hümbətov, Beyləqan rayonu

Əsas mövzular