22:01 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar

Dövlət Komitəsi Lənkəranda seminar-müşavirə keçirdi

© Sputnik / Rahim Zakiroghlu
CƏMİYYƏT
Qısa URL
3820

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəranda seminar-müşavirə keçirdi

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Bu gün Lənkəran şəhəri H.Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar müşavirə keçirildi.

Konfransda Dini Qurumularla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Dadaşov, DQİDK-nin Cənub bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar
© Sputnik / Rahim Zakiroghlu
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar

Tədbiri giriş sözü ilə açan Lənkəran İcra Hakimiyyəti başçısının müavini İlqar Dadaşov qeyd etdi ki, bu ilin “İslam Həmrəyliyi” ili elan olunması İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir edir. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dinlərlə eyni, bərabər münasibət göstərildiyini bildirərək, ölkəmizdəki tolerantlıq ənənələrinin, multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırdı.

Yekunda isə qeyd olunan mövzu ətrafında müzakirələr aparıldı.

Əlaqədar

Şahin Mirzəyevin "pozulan dini hüquqları"
İlahiyyatçı: “Azərbaycanda dini maarifləndirmə arzuolunan formada deyil”
Radikal dini çağırışlar edən məktəbli qız cəzalandırıldı
Teqlər:
Lənkəran şəhəri H.Əliyev Mərkəzi, Lənkəran İcra Hakimiyyəti, Qağayı Məmmədov, Səyyad Salahlı, Qəni Axundzadə, İlqar Dadaşov, Lənkəran şəhəri

Əsas mövzular