22:20 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
67512

8 martda ən yaxşı hədiyyə kimi gülləri yalnız 44 faiz qadın qeyd edir, lakin kişilərin 53 faizi məhz gül almağa üstünlük verirlər.

BAKI, 8 mart — Sputnik. 8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunur. Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (ailə ocağının qoruyucusu) məbədinə gəlirdilər.

Lakin 8 mart əvvəllər ümumiyyətlə qadınların deyil, yalnız inqilabçı solçu qadınların bayramı kimi qəbul edilib. Bayram günündə onlar küçələrə çıxaraq, cinsi bərabərlik və kommunizmin sosial tələblərinin yerinə yetirilməsini tələb etməli idilər. Belə bir bayramın keçirilməsi təklifinin müəllifi isə milliyyətcə alman-yəhudi qarışığı olan feminist, kommunist, inqilabçı Klara Setkin olub. O, 1910-cu ildə II İnternasionalın Kopenhagendə keçirilən konfransında qadınların hüquq bərabərliyi uğrunda mücadiləsini xarakterizə edən bayramın qəbul edilməsi təklifi ilə çıxış edib və təqvim günü kimi mart ayının 8-ni təklif edib.

1857-ci il mart ayının 8-də Nyu-York şəhərində çalışan qadın tekstil işçiləri şəhərin küçələrində nümayişə çıxaraq məvaciblərinin azlığı və iş şəraitlərinin pis olduğuna etirazlarını bildiriblər. Və Klara Setkin də Kopenhagendəki konfransda məhz bu nümayişə əsaslanaraq, inqilabçı qadınların bayram günü kimi 8 martı təklif edib.

1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə, 1913-cü ildə isə Rusiyada qeyd olundu. Azərbaycanda isə bu bayram 1917-ci ildən qeyd olunur.

Beynəlxalq qadınlar günü sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmurdu. Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə başladı. 1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan etdi və bununla da "mübarizə" sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.

Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Ümumiyyətlə isə dünyanın 32 ölkəsi bu bayramı qeyd edir.

Maraqlı faktlar:

1. Kişilərin yalnız 20 faizi 8 mart günü bütün ev işlərini öz üzərinə götürürlər.

2. 8 mart günü anadan olmuş məhşurların əksəriyyəti kişilərdir.

3. Bu gündə anadan olan qadınların əksəriyyətində ağır və üsyankar kişi xarakteri olur.

4. Bu gündə adi günlərdən fərqli olaraq gül alveri 50, bəzi yerlərdə isə 100 dəfə artır.

5. 8 martda ən yaxşı hədiyyə kimi gülləri yalnız 44 faiz qadın qeyd edir, lakin kişilərin 53 faizi məhz gül almağa üstünlük verirlər.

6. Zinət əşyaları ilə bağlı vəziyyət isə daha fərqlidir. Belə ki, qadınların 15-16 faizi hədiyyə kimi zinət əşyası almağı istəsə də, kişilərin yalnız 9 faizi onlara pul xərcləməyə razı olur.

7. Reklam və KİV 8 mart bayramının yaxınlaşdığını fevral ayının ortalarından bildirir, amma buna rəğmən kişilərin 28-30 faizi qadınları təbrik etməyi unudur.

Əlaqədar

Prezident İlham Əliyev 8 Mart münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir
8 mart bayramında qadınlara nə hədiyyə etmək olar?
Devalvasiya yüklü 8 mart: qadın nə düşünür?
Beynəlxalq Qadınlar Günü
Teqlər:
Klara Setkin, Beynəlxalq Qadınlar Günü, Kopenhagen, 8 mart, Nyu York, BMT

Əsas mövzular