CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qədərinə tərk edilmiş tarix

© Photo : M.REHIMOVOrta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi
Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Özündə böyük bir tarixi yaşadan abidə baxımsız vəziyyətdədir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Azərbaycanın son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə ən böyük şəhərlərindən biri Ağsu şəhəri olub. Nadir şahın 1735-ci ildə paytaxt kimi inşa etdirdiyi şəhər 40 hektar sahəni əhatə edib.

© Photo : M.REHIMOVOrta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi
Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi - Sputnik Azərbaycan
Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi

Şəhərin tarixinin öyrənilməsi məqsədi ilə 2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası şəhər ərazisində qazıntılara başlayıb. Tədqiqat prosesinə professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli rəhbərlik edib.

© Photo : M.REHIMOVArxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları
Arxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları - Sputnik Azərbaycan
Arxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları

2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilərək, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və s. iri tikililər aşkar olunub. 5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, bir qismi Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində saxlanılıb.

Bununla yanaşı, 2011-2013-cü illərdə 3 qazıntı sahəsində 7000 kv. metr sahənin üzəri örtülərək, içərisində sərgilər qurulub və tarixi abidə kimi qeydiyyata alınıb. Bütün bu prosesləri əks etdirən kitab, broşür, jurnal, film, 3D roliklər, veb-səhifələr hazırlanaraq, xaricdə və respublikda onlarla məqalə və məruzə nəşr edilərək, əsrlərlə yer altında yatan tariximiz insanlara təqdim olunub.

© Photo : M.REHIMOVQazıntılar vaxtı tapılmış eksponatların bir hissəsi Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində saxlanılır
Qazıntılar vaxtı tapılmış eksponatların bir hissəsi Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində saxlanılır - Sputnik Azərbaycan
Qazıntılar vaxtı tapılmış eksponatların bir hissəsi Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksində saxlanılır

Məlumat üçün qeyd edək ki, respublikaya gələn xarici və yerli turistlərin ən cox maraq göstərdiyi abidələrdən biri də Ağsu abidəsidir. 2013-cü ildən bu günə kimi minlərlə xarici, on minlərlə yerli turist Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksini ziyarət edib.

© Photo : M.REHIMOVQədim sikkələr
Qədim sikkələr - Sputnik Azərbaycan
Qədim sikkələr

Bütün bunlarla yanaşı, Ağsuda 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı təşkil olunub və dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə daxil edilib. 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər — YOCOCU IV Beynəlxalq Konfransı da burda keçirilib.

© Photo : M.REHIMOVQədim Ağsu ərazisindəki arxeoloji qazıntılar
Qədim Ağsu ərazisindəki arxeoloji qazıntılar - Sputnik Azərbaycan
Qədim Ağsu ərazisindəki arxeoloji qazıntılar

Və bütün bunlarla belə, sözügedən tarixi incimiz hazırda taleyin ümidinə buraxılıb. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə və digər orqanlara müraciət olunmasına baxmayaraq, hələ də bu abidəyə layiq olduğu qiymət verilməyib və onun qorunması istiqamətində real addım atılmayıb. Halbuki, özündə böyük tarixi yaşadan bu abidəni göz bəbəyi kimi qorumaq gələcək nəsillər qarşısında borcumuzdur!

Xəbər lenti
0