CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evli qadınlarla sevgi yazışmalarından pul qazanan fırıldaqçılar peyda olub

Abunə olmaq
"Elmar" və "Rəşad"ın sevgi nağılları qadınlardan birinin zinət əşyalarından vaz keçməsi, digərinin isə pul tapmağa vaxt itirmədən polisə müraciət etməsinə səbəb oldu

BAKI, 1 mart — Sputnik. Sosial şəbəkələr artıq çoxdan hər cür fırıldaqçıların və kələkbazların gəlir mənbəyinə çevrilib. Buna görə də, sosial şəbəkə istifadəçiləri, xüsusilə də qadın cinsindən olanlar öz həmsöhbətlərini seçəndə diqqətli olmalıdırlar.

Mübahisə edən qadın və kişi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Ərini yataqdan uzaqlaşdırsın, sonra yüngülcə döysün"

Ola bilsin ki, heç də uğurlu fotoşəklinizə baxıb sizə bir könüldən min könülə vurulan, sizi atəşlə sevən gənclə deyil, vicdansız fırıldaqçı ilə əlaqə saxlayırsınız. Bunu isə çox gec, hansısa kirli intriqaya, ya da bundan daha betərinə — sevgi üçbucağına cəlb olunanda xəbər tutursunuz.

Nərimanov rayon sakini, 1981-ci il təvəllüdlü C.X. da belə bir situasiyaya düşüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat veriblər. Qız bildirib ki, fevralın 27-də sosial şəbəkədə tanış olduğu Elmar adlı cavan oğlan, fevralın 24-ü saat 14:00-da onun evinin həyətinə gəlib. Onunla görüşərək deyib ki, əgər ona pul verməsə, gizli yazışmaları barədə ərinə danışacaq.

Zərərçəkmiş 700 manat dəyəri olan qızıl-zinət əşyalarını ona verib ki, bu əlaqələri barədə əri heç nə bilməsin. Eyni zamanda, zərərçəkmiş başa düşür ki, əgər polis müdaxilə etməsə, o, zinət əşyalarından heç birini geri ala bilməyəcək. Hazırda Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi bu işlə məşğul olur.

HADİSƏ
Qısqanclıq zəminində öldürülən qadının meyidinə yaxın duran tapılmır

Oxşar situasiya ilə Xətai rayonunda yaşayan qadın da qarşılaşıb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, 1985-ci il təvəllüdlü V.M. onlara ərizə ilə müraciət edib. Onun sözlərinə görə, 2 dekabr 2016-cı ildə ona sosial şəbəkədə tanış olduğu Rəşad adlı sevgilisi zəng edib. Cavan oğlan deyib ki, əgər 210 manat verməsə, onun çılpaq şəklini ərinə göstərəcək və əlaqələri barədə ona danışacaq. Şikayətçi pul axtarışına vaxt itirmədən birbaşa 34-cü polis bölməsinə gəlib.

"Son vaxtlar belə hadisələrin sayı çoxalıb. Bir çox əclaf kişilər sosial şəbəkələrdə oturaraq qızların və ağılsız qadınların "ov mövsümünü" açıq elan ediblər. Qadınlar, bildiyiniz kimi, qulaqları ilə sevirlər. Ona gözəl sözlər yazmaq, sevgini etiraf etmək və bunu bir neçə gün davam etdirmək kifayətdir ki, qadın bu nağıllara inansın" — deyə Xətai RPİ-dən bildiriblər.

Qeyd edək ki, bu faktlarla bağlı hələlik heç kəs saxlanmayıb.

Xəbər lenti
0