CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moldovanın nümayəndə heyəti Qəbələyə səfər edib

© Photo : Qəbələ RİHMoldovanın nümayəndə heyəti Qəbələyə səfər edib
Moldovanın nümayəndə heyəti Qəbələyə səfər edib - Sputnik Azərbaycan
Abunə olmaq
Moldovalı qonaqlar Qəbələdə olublar

İlham Əhmədov, Sputnik Azərbaycan

Moldova xarici işlər nazirinin müavini Lilian Darinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Qonaqları rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb. 

Görüş zamanı Səbuhi Abdullayev Qəbələdə sosial-iqtisadi sahədə həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında danışıb. Həmçinin qonaqlara Qəbələnin tarixi, mədəni həyatı, rayonda həyata keçirilən beynəlxalq təbirlər, idman yarışları, dövlət başçılarının zirvə toplantıları, eləcə də bütün istiqamətlərdə nəzərə çarpan uğurlar haqqında ətraflı məlumat verib. Rayonun kənd təsərrüfatı potensialı, aqrar sektorda qazanılan nailiyyətlər, yeni yaradılmış və müasir texnologiyaya malik emal müəssisələri, xüsusilə bağçılıq, taxılçılıq, heyvandarlıq və üzümçülüyün inkişafı istiqamətində əldə olunan qabaqcıl təcrübədən söz açıb. 

Moldovalı qonaqlara son illər turizm sahəsində həyata keçirilən infrastruktur layihələri nəticəsində turislərin artım dinamikası haqqında məlumat verilib, Qəbələnin beynəlxalq tədbirlərə ev sahibliyi barəsində danışılıb. Burada hər il baş tutan beynəlxalq musiqi festivallarında dünya şöhrətli musiqiçilərin və musiqi kollektivlərinin çıxış etdikləri, festivala yerli sakinlərlə yanaşı əcnəbilərin də qatıldıqları, Qəbələnin təbiətinin və ekzotikasının onların böyük marağına səbəb olduğu diqqətə çatdırılıb. 

Moldovanın xarici işlər nazirinin müavini öz növbəsində onlara göstərilən diqqətə və qonaqpərvərliyə görə Səbuhi Abdullayevə təşəkürünü bildirib. Lilian Dari Azərbaycanın, həmçinin ölkənin regionlarının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qəbələnin sosial-iqtisadi inkişafı, füsünkar təbiətini çox bəyəndiyini və bu tanışlığın təəssüratından silinməyəcək xoş xatirələr yaratdığını qeyd edib.

Xəbər lenti
0