23:31 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
312020

Minlərlə insanın şəfa tapa biləcəyi, böyük turist axını cəlb etməyə qadir olan bir xəzinə, hazırda yalnız sakinlərə ziyan vurmağa xidmət edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 fev — Sputnik. Goranboy rayonu Qızılhacılı qəsəbəsinin yaxınlığında, yerli sakinlər arasında "buruq" adlandırılan qeyri-adi bir məkan var. Oradan qalxan və bir neçə kilometrlik məsafədən görünən buxar, gecələr isə dayanmadan yanan alov ilk dəfə görənləri təəccübləndirir. Yaxınlaşdıqca isə daha heyrətamiz mənzərə göz önündə canlanır.

Kükürdlü və duzlu suyu olan bulaq 70 ildən bundan öncə ərazidə neft axtarılan vaxt üzə çıxıb
© Sputnik / Ilham Mustafa
Kükürdlü və duzlu suyu olan bulaq 70 ildən bundan öncə ərazidə neft axtarılan vaxt üzə çıxıb

Burada heç bir xüsusi qurğu, mühərrik və ya nasos olmadan yerin altdan çıxan su yanaraq fontan vurur. Suyun istiliyi isə müsbət 20-25 dərəcə olur.

Yerli sakinlərin sözlərinə görə, 10 illərdir axan bu su min bir dərdə dərman olsa da, onlara ziyanından başqa xeyri dəyməyib. Belə ki, duzlu və kükürdlü su hektarlarla ərazinin şoranlaşmasına səbəb olur.

Sakinlərin bildirdiklərinə görə, su neft axtarmaq məqsədilə 1947-ci ildə aparılan kəşfiyyat işləri aparılan zaman üzə çıxıb. Yalnız çox sonralar kənd sakini Əlizadə Şirinovun səyi nəticəsində bu suyun faydalı tərəfləri əhaliyə məlum olub.

Bu haqda Sputnik Azərbaycan-a danışan qəsəbə sakini Ə. Şirinov, hələ sovetlər vaxtından buranın daha çox insanın istifadəsi üçün abadlaşdırılmasna çalışsa da, istəyinə nail olmadığını deyir. Sovetlər dönəmində kolxozda zootexnik kimi fəaliyyət göstərən Ə. Şirinov suyun faydalı xüsusiyyətlərini ilk olaraq heyvanlarda müşahidə edib. Kolxozun camışçılıq fermasının heyvanlarının bu suda çimdiklərindən, onlarda heç vaxt dəri xəstəliyinin olmadığını görüb.

Yanar su
© Sputnik / Ilham Mustafa
Bulağın şor suyu hektarlarla ərazini yararsız hala salıb

Bu səbəbdən suyun müalicəvi tərkibini araşdırmaq fikrinə düşən Şirinov, 1988-ci ildə sudan nümunə götürərək Moskvaya — SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Kurortologiya və Fizioterapiya Elmi-Tədqiqat İnstutuna göndərib. Cavab isə gözlənilən olub — bu sudan oynaq-hərəkət aparatının, periferik əsəb sisteminin, ürək-damar, dəri xəstəliklərinin və ginekoloji xəstəliklərin xroniki formalarını müalicə etməyin mümkünlüyü bildirilib. Hətta nazirliyin Müalicə-Profilaktika Yardımı Baş İdarəsi kolit xəstəliyinin müalicəsi məqsədilə sudan müəyyən dozada içilə biləcəyini də deyib.

Əlizadə Şirinov
© Sputnik / Ilham Mustafa
Qəsəbə sakini Əlizadə Şirinov

Bu cavablardan sonra Əlizadə Şirinov ərazidə bir müalicə müəssisəsi tikilməsi üçün fəaliyyətə başlayıb. Demək olar ki, rayon rəhbərliyindən tutmuş SSRİ rəhbərliyinə kimi müraciət edib. Nəhayət, uzun yazışmalardan sonra Respublika Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat, Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutundan mütəxəsislər gələrək suyun tərkibini yerində yoxlayıblar. Yod, brom və müxtəlif minerallarla zəngin olan bu suyun müalicədə istifadə edilməsi bir daha təsdiqlənib.

Qazaxda şəhid bulaqları
© Sputnik / Hikmet Orhun

Nəticədə, 90-cı illərin əvvəllərində suyun çıxdığı ərazidə 12 nəfərin eyni vaxtda müalicə ala biləcəyi, 6 metr enində 27 metr uzununda müalicəxana tikilməsi üçün layihə hazırlanıb, smeta tutulub. Lakin müharibənin başlanması, imperiyanın dağılması ilə bir çox layihələr kimi, bu layihə də arxiv sənədinə çevrilib.

Əlizadə Şirinov müstəqillik illərində də müalicəxananın tikintisi üçün çalışsa da, bu proses onun üçün yalnız stress və zaman itkisi ilə nəticələnib. Beləcə, minlərlə insanın şəfa tapa biləcəyi, minlərlə turist cəlb etməyə qadir olan bir xəzinə, hazırda yalnız insanlara ziyan vurmağa xidmət edir.

Əlaqədar

999-cu məscidin sirri
"Qara kağızı" gələn həmvətənlərini burada yaşatdı
Azərbaycanda möcüzəvi şəfa ocağı: hamı oraya axışır
Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir
Azərbaycanda 16 metr hündürlüyündə samovar
Bura Azərbaycanın daş yaddaşıdır
Teqlər:
Əlizadə Şirinov, Qızılhacılı qəsəbəsi, ziyan, kükürd, Goranboy rayonu, Sputnik Azərbaycan, müalicə, su, dərman

Əsas mövzular