CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həlak olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından götürülüb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidХоджавендский район Азербайджана, находящийся под оккупацией, фото из архива
Ходжавендский район Азербайджана, находящийся под оккупацией, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın nəşi döyüş meydanından götürülüb.

BAKI, 27 fev — Sputnik. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Nazirlik bir müddət əvvək fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun həlak olduqlarını bildirmişdi.

Xəbər lenti
0