CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Biz buraya gəlmişiksə, burada da öləcəyik"

© Sputnik / Irade JELILQocalar evi
Qocalar evi - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar sağ ikən "Qocalar evi"nin, öləndə də "Kimsəsizlər qəbiristanlığı"nın sakinləridir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 fev — Sputnik. Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar Evi) hazırda 241 nəfər yaşayır. Onlarda 150 nəfəri qadın, 90 nəfəri isə kişidir. Pansionata 63 yaşından böyük insanlar qəbul edilir.

Vəfat etdiklərində, onları "Kimsəsizlər qəbiristanlığı"nda dəfn edirlər.

Pansionatın rəhbəri Qətibə Əsədova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bəzən qocalar dünyasını dəyişəndə belə övladları gəlib onlarla maraqlanmır. Bəzənsə, valideynləri öləndən sonra onların əmlakını ələ keçirmək üçün gəlib pansionatdan ölüm kağızlarını istəyirlər.

O, valideynlərini Qocalar Evinə atıb pensiya kartını özündə saxlayan övladların da olduğunu dilə gətirib.

Sputnik Azərbaycan-ın müxbiri sözgüdən Qocalar Evində olub və buranın daimi sakinləri ilə söhbətləşib.

© Sputnik / Irade JELILHəbib Qənbərov
Həbib Qənbərov - Sputnik Azərbaycan
Həbib Qənbərov

68 yaşlı Həbib Qənbərov 10 ildir ki, pansionatda yaşayır. Övladları olsa da, sakit yaşamaq üçün burda qalmağa üstünlük verib: "Məni saxlamaq üçün gərək uşağın ayrı bir otağı olsun, uşaq işləsin, sonra məni saxlaya bilsin. Həm də mən sakitliyi sevirəm. Buradakı vəziyyətim çox yaxşıdır. Prezident nəzarətində yaşayırıq. Qətibə xanım bizə yaxşı baxır. Harada görsə, səhhətimizlə, yeməyimizlə maraqlanır".

© Sputnik / Irade JELILƏbülfəz Süleymanov
Əbülfəz Süleymanov - Sputnik Azərbaycan
Əbülfəz Süleymanov

Digər sakin Əbülfəz Süleymanov 1939-cu ildə anadan olub. Deyir ki, 2015-ci ildən pansionatda yaşayır: "Mənim üçün bura çox rahatdır. Burada sakit yaşayıram. Bir qızım, bir oğlum vardı. Oğlum könüllü şəkildə müharibəyə getdi, 1993-cü ildə şəhid oldu. Sonra yoldaşım xəstələndi, dünyasını dəyişdi. Qaldım tək. Özüm qərara aldım ki, gəlim qocalar evində yaşayım. Hələlik yaşayıram…"

İntihar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qocalar niyə intihar edir?!

Qocalar deyirlər ki, bundan sonra bir neçə il belə yaşasalar, hər şeyə dəyər. "İnsan qocalanda ikinci dəfə uşaqlaşır. Kövrək, əsəbi, heç kimə tabe olmayan bir hala düşür. Burada öz bildiyim kimi yaşayıram. Qətibə xanım da sağ olsun, sahib çıxır bizə" — deyə buranın sakini Brilyant Koroğluyeva bildirir.

Qocalar Evində ailə quranlar da az deyil. Həbib dayı deyir ki, burada ailə qurmaq dost-həyan qazanmaqdır.

Sona Rəhimbəyova 1933-cü ildə anadan olub: "Mən 65 il akademiyada işləmişəm. Orden-medallarım da var. Evim də var idi. Amma uşaqlarım satıb xaricə köçdü. Məni də aparmaq istəyirdilər, getmədim. Bunlar haqqında danışmaq istəmirəm. Amma mənə bu günümdə övladım yox, pansionat sahib çıxdı. Bura gələndən sonra anladım ki, mən indiyə qədər heç yaşamamışam. Otaqlarımızda hər bir şərait var".

© Sputnik / Irade JELILNina Kalmıkova
Nina Kalmıkova - Sputnik Azərbaycan
Nina Kalmıkova

70 yaşlı Nina Kalmıkova da 11 ildir ki, Qocalar Evində yaşayır.  Deyir, əvvəllər köhnə binada yaşayırmış: "Heç evdə belə yaxşı şərait yoxdur. Hər gün isti suyum gəlir. Bir qədər pul yığmışdım ki, özümə ev alım, sonra gördüm puluma heç nə düşmür. Gedib özümə divan dəsti aldım. Bilirsiz, biz buraya gəlmişiksə, burada da öləcəyik. Heç olmasa, ömrümüzün axır günlərini yaxşı yaşayaq. Həyat çətindir. Xoşbəxtəm ki, buradayam".

Xəbər lenti
0