21:50 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
137002

Şamaxıda yol kənarlarını bəzəyən kitabələr və barelyeflər baxımsızdır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 23 fev — Sputnik. Bəzi səhvlər var ki, onu tarix boyu bağışlamaq mümkün olmur. Tarixi şəxsiyyətlərə, tanınmış şairlərə qarşı biganəliyi onlara hörmətsizlik hesab etmək olar.

Azərbaycan ədəbiyyatına saysız-hesabsız ədiblər, şairlər və yazarlar bəxş edən Şamaxı torpağı bu gün də onlara böyük hörmətlə yanaşır. Amma bəzi insanlar öz işini icra etmədikdə və yaxud işinə düzgün yanşmadıqda, həmin şairlərə hörmətsizlik etmiş olur. Şairlər diyarı Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyef şəhərə gələn qonaqlar üçün əvəzolunmaz  məlumat mənbəyidir və özündə şairlər haqqında informasiyanı əks etdirir. Şəhərin Bəhyəddin Mirzəyev küçəsi boyu inşa olunan qala divarları önündə Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi kimi şairlərimizin barelyefi qoyulub. Burada onlar haqqında qısa məlumat, doğum və ölüm illəri, şeir və qəzəllərindən bir neçə bənd həkk olunub. Bir neçə il öncə inşa olunan bu abidə kompleksi şəhərə xüsusi gözəllik bəxş edir. Amma bu cür abidələrə biganəlik və baxımsızlıq onların sınaraq yararız vəziyyətə düşməsinə gətirib çıxarıb. Hətta bəzi şairlərin barelyefi güclü külək nəticəsində qırılaraq yerə düşüb. Həmin abidə isə təmir olunmaq əvəzinə, qala divarlarının arxasında gizlədilib. Burada yaşayan sakinlərin sözlərinə görə, barelyef 6 aydan çoxdur burada qalıb. 

  • Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyeflər baxımsızlıqdan uçub-tökülüb
    Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyeflər
    © Sputnik / İlham Ahmadov
  • Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyeflər baxımsızlıqdan uçub-tökülüb
    Abbas Səhhətin barelyefi
    © Sputnik / İlham Ahmadov
  • Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyeflər baxımsızlıqdan uçub-tökülüb
    Bəzi şairlərin barelyefi güclü külək nəticəsində qırılaraq yerə düşüb
    © Sputnik / İlham Ahmadov
  • Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyeflər baxımsızlıqdan uçub-tökülüb
    Hacı Ağabəy Zülalinin barelyefi
    © Sputnik / İlham Ahmadov
1 / 4
© Sputnik / İlham Ahmadov
Şamaxı şəhərinin girişindəki qala divarları önündə yerləşdirilən barelyeflər

Şamaxı şəhər icra numayəndəsi Şahnəzər Qasımov məsələ ilə bağlı bildirib ki, abidənin təmir edilməsi üçün mütəxəssislər dəvət edilib. Barelyefin yol kənarında qalaraq, anbara aparılmamasına gəldikdə, icra nümayəndəsi bunu bəzi işçilərin səhlənkarlığı ilə bağlayıb. Artıq həmin kitabə və abidə bərpa edilmək üçün anbara aparılıb. Şahnəzər Qasımov onu da qeyd edib ki, digər kitabə və barelyeflərin təmir-bərpa və bərkidilməsi işləri aparılır və bu işlər mütəmadi olaraq davam edəcək. 

Qeyd edək ki, ümumilikdə yol kənarlarında 15-dən cox barelyef mövcuddur.

Əlaqədar

Rusiyada türk əsgərlərinə abidə ucaldılacaq
Təhlükə ilə üz-üzə qalan tarixi abidə
İlham Əliyev Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib
Teqlər:
barelyeflər, abidələr, Şahnəzər Qasımov, Məhəmməd Hadi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Bəhyəddin Mirzəyev küçəsi, Şamaxı

Əsas mövzular