05:16 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
59670

Bağça müdiri: “Çay-çörəyi evdə hazırlayırıq, suyu qonşulardan daşıyırıq, işığa görə 2500 manat borcumuz yaranıb”

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

Qış mövsümü başlanandan bəri İmişlinin Məzrəli kəndindəki uşaq bağçasında elektrik enerjisi ilə təchizat, su, otaqların qızdırılması problemləri yaranıb. Son vaxtlar yanacaq üçün ayrılan vəsait borca tutulduğundan tərbiyə müəssisəsi çox çətin duruma düşüb. Bu barədə Sputnik Azərbaycan-a sözügedən bağçanın müdiri Mariya Lauşova məlumat verib.

Onun sözlərinə görə, elektrik enerjisi ilə təczhizata üçün ayrılan vəsait faktiki ehtiyacdan dəfələrlə azdır: “Bizə bu təyinatla il əzində cəmi 500 manat verilir. Bu, bir aya təxminən 40 manat edir. Halbuki bizdə bir günə yaz-yay aylarında 3 manat, qış mövsümündə isə azı 8 manatlıq enerji sərfiyyatı olur. İşığa görə 2500 manat borcumuz yaranıb. Son vaxtlar yanacaq üçün ayrılan vəsait borca tutulduğundan, bilmirik bu bağçanı necə işlədək”.

Məzrəli kəndindəki uşaq bağçasında tədbir
© Photo : UŞAQ BAĞÇASININ ARXİVİ
Məzrəli kəndindəki uşaq bağçasında tədbir

Bağça müdiri etiraf edir ki, belə çıxılmaz duruma düşəndən bəri valideynlərin bəziləri öz təşəbbüsləri ilə onlara köməklik ediblər: “Uşaqlar bu buzxanada xəstələnirdilər. Ona görə də, valideynlər öz köməkliklərini təklif etdilər. Amma nə vaxtadək belə davam edəcəyini bilmirik. Bu, dövlət müəssisəsidir, belə olmaz axı”.

Qeyd edək ki, Məzrəli uşaq bağçası uzun müddət çar Rusiyası dövründə tikilmiş sərhəd zastavasının at tövləsində fəaliyyət göstərib. 2014-cü ildə dövlət hesabına köhnə tikililər sökülərək yerində müasir üslubda bina tikilib. Yenilənən müəssisədə məşğələ, oyun, tibb və yataq otaqları, musiqi və gimnastika zalı, mətbəx, sanitar qovşağı var. Burada 43 uşaq ictimai tərbiyəyə cəlb edilib.

Bağçaya qaz çəkilməyib, il yarımdır ki, qızdırıcı sistem sıradan çıxıb. Uşaqların təlim, istirahət, qida qəbulu və s. üçün nəzərdə tutulan 11 otaqdan yalnız üçünə elektriklə işləyən qızdırıcılar qoyulub. Binaya gələn su həyətdəki yeraltı çəndən nasosla vurulur. Xörək, çay hazırlanması da elektrik hesabına başa gəlir. İşıq kəsilən kimi, burada, necə deyərlər, həyat dayanır. 

“Müasir binadır deyə otaqları odunla qızdırmaq olmaz. İşıq sönən vaxtlarda çay-çörəyi ev şəraitində hazırlamaq, yaxınlıqdakı evlərdən isti su daşımaq məcburiyyətində qalırıq. Uşağa deyə bilmərik ki, işıq sönüb, acma, bayıra getmə. Amma bizi başa düşmürlər, deyirlər elə ayrılan vəsaiti çatdır. Günə 1 manatla 43 uşağı necə saxlamaq olar?!” — deyə bağça müdiri sual edir.

Əlaqədar

Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”
Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”
Teqlər:
çıxılmaz durum, problemlər, uşaq bağçası, qış, soyuq, Mariya Lauşova, Məzrəli kəndi, İmişli

Əsas mövzular