CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN Bakının bu məşhur otelində təlim keçəcək

© АзерТАджОтель Four Seasons в Баку
Отель Four Seasons в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcək

BAKI, 20 fev — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 21 fevral 2017-ci il tarixində səhər saat 06:00-dan 07:30-dək Səbail rayonunda yerləşən “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirlyinin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirlir ki, təlimin keçirilməsində məqsəd mümkün yanğının söndürülməsi ilə əlaqədar yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qurumları çatana qədər obyektin mühəndis-texniki işçilərinin vəzifələrini yerinə yetirməsini və məlumatların ötürülmə ardıcıllığını, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunması və döyüş hərəkətlərinin təşkil edilməsini, qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib edilməsini, rabitə işinin təşkilini, otel personalı və qonaqların təxliyyə olunması üzrə yanğın yerində döyüş hərəkətlərini məşq etmək, həmçinin şəxsi heyətə texniki təhlükəsizlik qaydalarını öyrətməkdir. 

Xəbər lenti
0