10:36 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
İsbat Rüstəmov

İtkin neftçinin atası: "Həyatda heç kimim qalmadı"

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
378233

2007-ci ilin noyabr ayında iki övladını birdən itirən İsbat kişi bütün ümidlərini yeganə övladı Qorxmaza bağlamışdı

İradı Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 fev — Sputnik. "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 8 neftçinin axtarışları davam edir. Sputnik Azərbaycan-ın əməkdaşı bir müddət əvvəl Hacıqabul rayon Atbulaq kəndində olub və itkin düşən neftçi Qorxmaz Rüstəmovun atası İsbat kişi ilə danışıb.

Elşad Rəsulov ailə ilə
© Photo : Rəsulovlar ailəsinin şəxsi arxivi

Neftçinin atası öldüsü-qaldısı məlum olmayan oğlu haqqında danışmağa çətinlik çəkirdi: "Bala, nə bilirəmsə, demişəm. Oğlum 1974-cü il təvəllüd idi. Hardasa 10-12 il olar ki, dənizdə işləyirdi. Ailəli idi, amma övladı yox idi".

İsbat dayı danışır ki, 10 il əvvəl digər 2 uşağını qəzada itirib. 2007-ci ilin noyabr ayı İsbat kişi üçün çox ağır olub. Belə ki, övladları avtomobil qəzasına düşərək dünyasını dəyişiblər. Qəza zamanı qızı və oğlunu itirən İsbat kişi bütün ümidlərini yeganə övladı Qorxmaza bağlayıb.

Qorxmazgilin həyətində adam çox idi. Hamı Qorxmazın yaxşı oğul olduğunu deyirdi. İsbat kişinin isə beli əyilmiş, fikirli gözləri daha da dərinləşmişdi.

"Bala, bir qoca anam var evdə, o da ayağa qalxa bilmir. Ondan nəsə danışmasını istəsəniz də, bacarmayacaq. Qorxmazın şəkilləri çoxdur evdə. Amma ondan bir xəbər çıxanda gələrsiniz, verərik. İndi gözümüz yoldadır. Bir xəbər gözləyirik. Mənim ondan başqa heç kimim yoxdur" — deyən gözüyaşlı ata ümidini Allaha bağladığını bildirir.

Qonşulardan biri deyir ki, İsbat kişinin həyatda ata-anasından başqa heç kimi qalmayıb: "İllər əvvəl İsbat kişinin övladları toydan qayıdanda qəzaya düşdülər. Toydan qayıdanda, İsbat kişinin 14 qohumu eyni maşında qəzaya düşmüşdü. Amma övladlarını itirdi. Həyat yoldaşından da çoxdan ayrılıb. İndi yaşlı ata-anası ilə birlikdə yaşayır. Anası heç kəsi tanımır, iflic olub, yataq xəstəsidir, atası da xəstə adamdır".

Xatırladaq ki, "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisədə itkin düşən 10 neftçidən ikisinin cəsədi tapılıb.

Əlaqədar

Dənizdən meyit tapıldı - itkin neftçilərdən biri ola bilər
İtkin düşən neftçilərdən birinin meyiti tapıldı
SOCAR qəzada həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə maddi yardım göstərib
İtkin neftçilərin axtarışına əlavə qüvvə cəlb edilib
İtkin düşən neftçilərin axtarışı davam edir
İtkin düşmüş hərbçimizlə bağlı araşdırma aparılır
İtkin düşmüş neftçilərlə bağlı yeni xəbər var
İtkin düşmüş neftçilərdən hələ də xəbər yoxdur
İtkin neftçilərin axtarışı genişləndirilir
İtkin düşmüş neftçiləri 44 gəmi axtarır
Teqlər:
İsbat Rüstəmov, itkin neftçi, Qorxmaz Rüstəmov, Neft-Qaz Çıxarma İdarəsi, oğul, övlad, "Azneft" İstehsalat Birliyi, ana, ata

Əsas mövzular