18:55 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Xıdır Nəbi bayramı günü qalanmış ocaq

Baharın gəlişini ən tez qeyd edən kənd

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
107010

Xıdır Nəbi bayramı ən qeyri-adi formada bu kənddə qeyd edilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 fev — Sputnik. Qədim tarixə malik olan, amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi zaman fərqiylə Azərbaycanın bir sıra bölgələrində keçirilir.

Xıdır Nəbi, adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sair təbii proseslərlə müşayiət edilir. Xalq arasında Xıdır Nəbi bir şəxsiyyət olaraq "su, külək və havanın himayəçisi" kimi qəbul edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir.

Tovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi mərasimi
© Sputnik / İlham Mustafa
Tovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi mərasimi

Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə — 40 gün sürən böyük çilləyə və 20 günlük kiçik çilləyə bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Kiçik çillənin ilk ongünlüyü başa çatdıqdan sonra isə xalq artıq yazın gəlişini, təbiətin yenidən oyanmasını qeyd etmək məqsədilə "Xıdır gecəsi", "Xıdır Nəbi" kimi adlandırdıqları bayramı keçirir.

Bu bayram Azərbaycanın bir çox bölgələrində keçirilsə də, onların heç biri Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəki qədər qeyri-adi və fərqli formada olmur. Yuxarı Öysüzlüdə bayrama hazırlıq hələ 4-5 gün əvvəldən, bayramın əsas simvolu olan qovudun hazırlanması ilə başlayır.

Kənd ağbirçəklərindən Cəmilə Həsənova qovud hazırlamaq üçün müəyyən qədər buğda lazım olduğunu deyir. Buğda artlanıb təmizlənir və ocaqda tərs üzünə çevrilmiş sacın içində qovrulur. Qovrulduqdan sonra su dəyirmanına aparılaraq üyüdülür və un halına salınır. Dəyirmandan gətirildikdən sonra isə un bir daha ələkdən keçirilir.

© Sputnik / İlham Mustafa
Baharın gəlişini ən tez qeyd edən kənd

Qovudu düzəltmək üçün şərbət hazırlanır, unla qarışdırılır və zövqdən asılı olaraq ona tut bəhməzi (doşab) əlavə edilərək yoğurulur və ovuc içi böyüklüyündə qovud kökələri hazırlanır. Hazırlanan qovud nəzir olaraq qohum-qonşuya, imkansız ailələrə, yol adamlarına paylanılır.

Qovudun hazırlanması
© Sputnik / İlham Mustafa
Qovudun hazırlanması

Bayram gecəsi evdə un və taxıl kisələrinin ağzı açıq qoyulur, inanclara görə Xıdır Nəbi hansı həyətdən öz azuqəsini götürərsə, həmin il o evin ruzi-bərəkəti də bol olar. Bundan başqa, evlər səliqə-səhmana salınır, həyət-baca təmizlənir. "Səliqəsiz evə Xıdır gəlməz" — deyir Cəmilə nənə.

Kənd sakini Cəmilə nənə bayram hazırlıqları görərkən
© Sputnik / İlham Mustafa
Kənd sakini Cəmilə nənə bayram hazırlıqları görərkən

Öysüzlünün bayram adətini qeyri-adi edən amillərdən biri də bayram günlərində kənd sakinlərinin elliklə yığışaraq su, torpaq və alovun qovuşduğu məkana, inanc yeri olan "Ocaq çinarı"nın ətrafına toplaşmasıdır. Burada tonqallar, şamlar yandırılar, dilək tutular, şirniyyat, qovud paylanar, əl-ələ tutub ağacın başına dolanarlar. Bayram günlərində "Ocaq çinar"ın ziyarətinə rayonun digər kəndlərinin də sakinləri gəlirlər.

Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir. Bu bayram tonqallar, lopalar yandırmaqla, qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinin, torpağın isinib oyanacağının işarəsidir.

Əlaqədar

Novruz bayramı zamanı 9 gün iş olmayacaq
Bu Yeni il bayramını həkimlər hələ çox xatırlayacaq
Bayramqabağı əhaliyə sərt xəbərdarlıq edildi
Göyçayda xoşbəxtlik və qadın gözəlliyinin rəmzinə həsr olunmuş bayram
İmişlidə "məhsul bayramı" keçirilib
Lənkəranda Qurban Bayramı qeyd olundu
Azərbaycanda Qurban bayramı qeyd olunur
Teqlər:
qovud, "Ocaq çinarı", Cəmilə Həsənova, Xızır Peyğəmbər, Xıdır Nəbi, Xıdır İlyas, Yuxarı Öysüzlü, un, Tovuz rayonu, xalq, bayram

Əsas mövzular