03:55 24 Mart 2017
Canlı yayım
BakuBus MMC-yə aid avtobus

Paytaxt sərnişinlərinə xəbərdarlıq edildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1609566

Mansur Piriyev: "Avtobusu çirkləndirən sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək"

BAKI, 17 fev — Sputnik. Hər kəsə məlumdur ki, avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə, hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı, müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlər də var, o zaman avtobusların təmizliyinin əhəmiyyətini daha qabarıq şəkildə göz önündə canlandıra bilərik. "BakuBus" MMC bu məsələ ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

BakuBus MMC-yə aid avtobusun salonunda məişət tullantıları
© Foto: BakuBus MMC
"BakuBus" MMC-yə aid avtobusun salonunda məişət tullantıları

“BakuBus"ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər gün qrafik üzrə marşrut xəttindən qayıdan avtobuslarında mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır.

Bununla yanaşı, avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələri ilə sıx şəkildə bağlıdır. 

Cızılıb yazılmış salon və tullantılar
© Foto: BakuBus MMC
Cızılıb yazılmış salon və tullantılar

Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, son vaxtlar xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil: “Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları — salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”.  

Avtobusun salonundakı məişət tullantıları
© Foto: BakuBus MMC
Avtobusun salonundakı məişət tullantıları

Mətbuat katibi qeyd edib ki, təbii ki, bununla bağlı olaraq araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub: "Məlumat üçün deyim ki, həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək". 

Piriyev sərnişinləri təmizliyə riayət etməyə çağırıb: "BakuBus" olaraq sərnişinlərimizi avtobuslarımızın xidmətlərindən istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə edən zaman dərhal “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edirik”.

Əlaqədar

"BakuBus" bu marşrut xəttinin istiqamətini dəyişdi
"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır
Teqlər:
sərnişindaşıma fəaliyyəti, avtobusların təmizliyi, avtobuslar, sərnişinlər, "BakuBus"MMC, Mansur Piriyev

Əsas mövzular