14:53 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb

Nazir vətəndaşları qəbul edib

© Photo: TREND
CƏMİYYƏT
Qısa URL
4430

Səlim Müslümov 2016-cı ildə nazirliyin məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunduğunu qeyd edib

BAKI, 17 fev — Sputnik. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.   

Görüşdə vətəndaşların imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluq, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, özünüməşğulluq proqramına cəlb olunma, sosial sığorta münasibətləri və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə bütün müraciətlər araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib. 

Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb
© Photo : mlspp.gov.az
Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb

Müraciətlərin cavablandırılması zamanı S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında görülən işlər çərçivəsində ötən il 300 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edilib: “O cümlədən keçən il Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Son illərdə Sumqayıt şəhərində də müvafiq işlər aparılıb. Xızı rayonunda isə hazırda həmin insanlar üçün 2 fərdi ev inşa olunur”. Qəbula gələn vətəndaşlardan bir qisminin işlə təmin olunmaq üçün etdiyi müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb, onlara yaşadıqları ərazi üzrə boş (vakant) iş yerləri təklif edilib, seçimlərinə əsasən vakant iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün onlara göndərişlər verilib. 

Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb
© Photo : mlspp.gov.az
Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb

S.Müslümov 2016-cı ildə nazirliyin məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunduğunu qeyd edib. Ayrı-ayrı vətəndaşların bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilmələri, peşə hazırlığına cəlb olunmaları və s. ilə bağlı tapşırıqlar verilib.

Əlaqədar

Bəzi vətəndaşlara xəbərdarlıq edildi
Avroparlament Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib
Teqlər:
imtiyazlı kateqoriyalara aid şəxslər, Qarabağ müharibəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan prezidenti İlham Əliyev, Səlim Müslümov, Qubadlı, Xızı, Sumqayıt, Abşeron

Əsas mövzular