00:32 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Qarlı hava

Bu bölgəyə 1 metrə yaxın qar yağıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
74910

Vəziyyətlə əlaqədar dünən gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 17 fev — Sputnik. Dünən axşam saatlarından Respublikanın şimal-qərb bölgəsinə güclü qar yağıb. Xüsusilə İsmayıllı, Qəbələ və Oğuz şəhərlərində qarın qalınlığı 60, dağlıq kəndlərdə və dağətəyi ərazilərdə isə 90 sm-ə çatıb.

Hazırda qar yağması davam edir. Vəziyyətlə əlaqədar dünən gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb. Yolların bağlanmaması və hərəkətin davamlılığını təmin etmək məqsədi ilə yol istismar idarələri tərəfindən küçələrin qardan təmizlənməsi artıq növbəli sistemdə davam edir.

Qəbələ Yol İstismar İdarəsinin rəisi Naməddin Qədirovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, idarənin balansında olan bütün texnika yolların təmizlənməsi işinə təhkim olunub: "Rayonun ucqar dağ kəndlərinə və digər dağətəyi kəndlərə gedən yollar qardan təmizlənib və hazırda da proses davam edir. Şəhərdaxili və magistral yollarda heç bir problem yoxdur, yollar qardan təmizlənib və mütəmadi olaraq yollara nəzarət olunur".

  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik /
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
  • Şimal-qərb bölgəsinə güclü qar yağıb
    Şimal-qərb bölgəsinə güclü qar yağıb
    © Sputnik / İlham Ahmadov
1 / 8
© Sputnik / İlham Ahmadov
Şimal-qərb bölgəsinə güclü qar yağıb

Qeyd edək ki, Qəbələ 11 saylı Yol İstismar İdarəsinin balansında 84 km respublika əhəmiyyətli, 234 km isə yerli əhəmiyyətli yol var. Oğuz rayon 61 saylı Yol İstismar Sahəsi isə ümumilikdə 252 km yol sahəsinə xidmət edir. Bunun 71 km-i respublika əhəmiyyətli, 180 km-i yerli əhəmiyyətli yoldur.

Əlaqədar

Yenə qar, yenə böhran
Güclü külək və qar gözlənilir - xəbərdarlıq
Şiddətli qar bölgələrdə fəsadlar törətdi
Hərbi qulluqçumuz qar uçqununun altında qalıb
Sabaha intensiv qar gözlənilir
Qar qayıdır - xəbərdarlıq gəldi
Qar uçqunlarında ölənlərin sayı 100 nəfəri keçdi
Teqlər:
Yol İstismar İdarəsi, təmizlənmə, Respublika, oğuz, İsmayıllı, şimal-qərb bölgəsi, kənd, Qəbələ, qar

Əsas mövzular