20:35 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
133 0 0

"Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları" müzakirə olunur

BAKI, 16 fev — Sputnik. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları" mövzusunda "dəyirmi masa" keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı bu sahədəki vəziyyətdən danışıb.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi ailədaxili münaqişələrin yaranma səbəblərinin və həlli yollarının araşdırılması, bu sahədə ictimai qınaq, sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət nümayəndələri arasında təbliği, bu prosesdə maarifləndirmə işinin gücləndirilməsinə həsr olunub.

"Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır" — deputat bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, Azərbaycanda ailə modeli ən güclü sərvətimizdir: "Azərbaycanda ən güclü ailə siyasəti təşkil olunub, kifayət qədər güclü qanunvericilik baza mövcuddur".

Əlaqədar

Neftçala sahilində tapılan cəsəd ailəsinə təhvil verilib
Ailə başçısı maddi imkansızlıq ucbatından özünü asıb
Xəzər bu ailədə 10 uşağı yetim qoydu
Sosial mənzillər aztəminatlı ailələr üçün əlçatmaz olacaq
Azərbaycanda bir ailə il yarımdır şam işığında yaşayır
Teqlər:
komitə, ailə, Milli Məclis, Azərbaycan, uşaq

Əsas mövzular