22:41 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
39910

Musa Quliyev: "İşıq və qazın pulu qaçqın və məcburi köçkünlərə müavinət şəklində verilməyəcək, birbaşa əlaqədar dövlət qurumuna ödəniləcək"

BAKI, 15 fev-Sputnik. Prezident İlham Əliyev dünən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Dəyişiklikləri millət vəkili Musa Quliyev Sputnik Azərbaycan-a şərh edib.

Millət vəkili deyib ki, dövlət başçısı bundan öncə verdiyi fərmanı dəqiqləşdirdi və differensial yanaşmanı tətbiq etdi: "Şəxsi evlərdə və yaxud da yeni şəhərciklərdə hər cür şəraiti olan məzillərdə yaşayan vətəndaşlarımız üçün qaz və işıq sayğaclarının qoyulması və onlara 36 manat məbləğində müavinət verilməsi nəzərdə tutulurdusa, işin gedişi onu göstərdi ki, bu fərmanın icrası bəzi hallarda problemlər yaradır. Və xüsusən ictimai binalarda, yataqxanalarda və yaxud da sayğac qoyulması mümkün olmayan, qazlaşdırılmayan bölgələrdə yaşayan məcburi köçkünlər üçün bu fərmanın icrası çətinlik törədir. Onların istilik və işıq enerjisi ilə təminatında gərginlik yarana bilərdi".

Millət vəkilinin sözlərinə görə, yeni fərman prezident İlham Əliyevin humanist addımıdır: "Bu fərman bir daha göstərdi ki, sosial cəhətdən zəif insanların müdafiəsi, xüsusən qaçqınlara və məcburi köçkünlərə qayğı dövlət başçısının diqqət mərkəzindədir. Bundan sonra da belə davam edəcək".

"Humanist niyyətdən irəli gələn bir fərmandır və bunun icrası da bütövlükdə qaçqın və məcburi köçkünlərin işıq və istilik enerjisi ilə təminatının həyata keçirilməsində problemləri aradan qaldıracaq" — deyə millət vəkili söyləyib.

"Məcburi köçkünlərin işıq və qaz pulunu dövlətmi ödəyəcək" sualına millət vəkili belə cavab verib: "Bu, o adamlara şamil olunur ki, onların yaşadığı yerə işıq və qaz sayğacı qoymaq mümkün deyil və yaxud da ümumiyyətlə, onların yerləşdiyi bölgə qazlaşdırılmayıb. Bu, əvvəlki qaydada dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə aparılacaq. Fərmanda göstərildiyi kimi, limitlər müəyyənləşdiriləcək ki, hansı limitə qədər onlar bunu işlədə bilərlər."

Deputatın sözlərinə görə, 36 manat məbləğində vahid aylıq müavinətin 20 manatı ərzaq təminatı ilə bağlı idi: "20 manat çörəyin, unun və digər məmulatların alınması ilə əlaqədar idi. 16 manat isə qaz və işıq xərci ilə bağlı idi. Qaz və işıq xərcinin ödənilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildiyinə görə, bu, müvafiq icra hakimiyyəti orqanına birbaşa ödəniləcək. Yəni, qaçqın və məcburi köçkünlərə müavinət şəklində verilmir, birbaşa ödəniləcək. Əsas məsələ odur ki, məcburi köçkünün evində istiliyi, işığı olsun və bunu dövlət təmin edir".

Qeyd edək ki, fərmana əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq.

Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.

Əlaqədar

Məcburi köçkünlərə ödəniləcək müavinətin məbləği dəyişdi - Prezident fərmanı
Məcburi köçkünlərin problemləri ilə bağlı göstəriş verildi
Məcburi köçkünlər üçün güzəştlər ləğv olundu
Bu xəbər məcburi köçkünləri məyus edəcək
Deputat: Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlər yeyilir
Məcburi köçkünlərə "qara kağız" paylanılıb
Teqlər:
humanist, məcburi köçkünlər, işıq, prezident İlham Əliyev, fərman, qaz, müavinət, fərman, Musa Quliyev, Azərbaycan

Əsas mövzular