14:28 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
234 0 0

Tvinninq layihəsi Azərbaycanda ekoloji fəaliyyətin, xüsusilə hava monitorinqlərinin keyfiyyətinin nəzəri cəhətdən təkmilləşdirilməsinə xidmət edəcək

BAKI, 15 fev — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” adlı Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Tvinninq layihəsi Avropa təcrübəsinin öyrənilməsi sahəsində nəzəri xarakter daşıyır və Azərbaycanda ekoloji fəaliyyətin, xüsusilə hava monitorinqlərinin keyfiyyətinin nəzəri cəhətdən təkmilləşdirilməsinə xidmət edəcək. 

Layihə Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Planında qeyd olunmuş prioritet tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcək: “Layihənin məqsədi strateji ekoloji siyasətin planlaşdırılması və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatların təmin edilməsi və ekoloji monitorinq sisteminin gücləndirilməsi ilə Azərbaycanda ekoloji fəaliyyətin təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində ölkəmizdə ətraf mühitin monitorinqi sahəsində həyata keçirilən tədbirlər, yanaşma metodları təhlil ediləcək, müsbət dəyərlər saxlanılmaqla Avropa İttifaqının bu sahədəki qabaqcıl təcrübəsinin tətbiqi araşdırılacaq və ölkəmizdə ətraf mühitin monitorinqinin və qiymətləndirmə metodologiyalarının müasirləşdirilməsinin həyata keçirilməsi imkanları öyrəniləcək. Həmçinin, sözügedən layihə ekoloji məlumatların toplanması, emalı, ötürülməsi, təhlili və əlaqələndirilməsi üzrə qərar qəbulu üçün yüksək keyfiyyətli və etibarlı məlumat təmin edən informasiya sisteminin işlənib hazırlanmasında ETSN-yə dəstək olacaq”. 

İbrahimova bildirir ki, Tvinninq layihəsi 4 komponent üzrə həyata keçiriləcək; 1- institusional çərçivə, 2-ekoloji monitorinq sistemləri, 3- potensialın artırılması və təlim, 4- praktiki və pilot təcrübələr: “Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin icra müddəti 27 aydır və Avropa İttifaqına üzv dövlətlərin, o cümlədən Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya İnstitutu (LEGMC), Avstriyanın Ətraf Mühit Agentliyi, (UBA, Umweltbundesamt GmbH) tərəfindən dəstəklənir və Finlandiyanın Ətraf Mühit İnstitutu (SYKE) ilə əməkdaşlıq çərçivəsində Finlandiya Meteorologiya İnstitutu (FMİ) konsorsiumu tərəfindən həyata keçiriləcək”. 

Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri Yeroen Villems, Finlandiya, Avstriya və Latviya Respublikalarının Azərbaycandakı səfirliyinin nümayəndələri, Finlandiyadan Üzv Dövlət üzrə Layihə Rəhbəri Harri Pietarila, həmçinin aidiyyəti dövlət qurumlarının, digər tvinninq layihələrinin nümayəndələri iştirak edib. 

Əlaqədar

Azərbaycan ekoloji fəlakət ərəfəsindədir
Yağışlar Azərbaycanda ekoloji fəlakətlərə səbəb olub
Ekoloqlardan sensasiyalı açıqlama
Teqlər:
Avropa Qonşuluq Siyasəti, Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya İnstitutu, Finlandiya Meteorologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı, Hüseyn Bağırov, Harri Pietarila, Yeroen Villems, İradə İbrahimova, Finlandiya, Latviya, Avstriya, Azərbaycan

Əsas mövzular